Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Anasına əzab verərək öldürən şəxsi bağışladı

Anasına əzab verərək öldürən şəxsi bağışladı

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda qadını əzab verərək döyərək öldürməkdə və qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən P.Stanislavın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dindirilmiş təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə ifadə verilib.

O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib və ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmadığını qeyd edib.

İfadəsində P.Stanislav qadınlara qarşı zorakılıq etməsinin mümkün olmadığını deyərək, ailəsində bu cür davranışların yolverilməz olduğu tərbiyə aldığını vurğulayıb. Bildirib ki, zərərçəkmiş İrina ilə tanış olduqdan sonra ona uzun müddət maddi və mənəvi dəstək göstərib. Zərərçəkmiş şəxsin küçədə qaldığını, ona gecələmək, qidalanmaq və soyuq havalarda isinmək üçün köməklik etdiyini, əlindən gələn bütün vasitələrlə yardım göstərdiyini söyləyib. Zamanla aralarında yaxın münasibətlərin formalaşdığını söyləyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, İrina çöldə qalmaqdan qorxduğunu, qohumlarının ondan imtina etdiyini deyib və haradasa yaşamaq üçün ondan kömək istəyib. Bu səbəbdən onlar birlikdə kirayə mənzilə köçüblər. Bildirilib ki, zərərçəkmiş şəxs qapalı xarakterli olub, qonşularla əlaqə saxlamayıb, mənzilin açarı isə daima onun üzərində olub və istədiyi vaxt evdən çıxmaq imkanına malik olub.

P.Stanislav qeyd edib ki, İrina spirtli içkilərdən tez-tez istifadə edib, xüsusilə tibbi spirt içdiyini deyib. Onun xəstəliyi barədə əvvəlcədən məlumatı olmadığını, vəziyyəti ağırlaşdıqdan sonra həkimə müraciət etməyi təklif etdiyini bildirib. Hadisə günü işdən evə qayıdarkən mənzildə üfunət iyi gəldiyini, İrinanı özünü idarə edə bilmədiyini gördüyünü deyib. Onu təmizləməyə və çimməsinə kömək etdiyini, daha sonra dincəlməsini xahiş edərək evdən çıxdığını qeyd edib.

Onun sözlərinə görə, gecə saatlarında evə qayıtdıqdan sonra zərərçəkmiş şəxs yenidən ağır vəziyyətdə olub. Səhər saatlarında isə onu hərəkətsiz halda yerdə uzanmış vəziyyətdə tapıb. Dərhal yaxınlarına məlumat verdiyini, təcili tibbi yardım çağırıldığını, həkimlərin mərhumun ağır dərəcəli qaraciyər xəstəliyindən əziyyət çəkdiyini bildirdiklərini qeyd edib. Bu səbəbdən polis orqanlarına məlumat verilməsinə etiraz etmədiyini söyləyib.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiqləmədiyini vurğulayıb.

Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş qızı isə deyib ki, ibtidai istintaq dövründə ittiham aktında göstərilən hallar araşdırılıb. Zərərçəkmiş şəxsin qızı anası ilə təqsirləndirilən şəxsin münasibətlərinin olduğunu bildirib.

Hazırda tərəflər arasında barışıq əldə olunmayıb, lakin mərhumun qızının təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığı, onu bağışladığı və təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığı qeyd edilib.

İttiham aktına əsasən, P. Stanislav birlikdə yaşadığı, 1968-ci il təvəllüdlü İrina adlı qadını uzun müddət fiziki və psixoloji zorakılığa məruz qoyaraq xüsusi amansızlıqla döyüb, nəticədə qadın aldığı ağır xəsarətlərdən ölüb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişin köməksiz vəziyyətindən istifadə edərək mütəmadi işgəncə verib, xuliqanlıq niyyəti ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib, onun səhhətinə qəsdən ağır zərər vurub və ölümə səbəb olub.

Zərərçəkmiş qadın qaraciyər sirrozundan əziyyət çəksə də, ekspertiza onun ölümünün P. Stanislav tərəfindən vurulan çoxsaylı xəsarətlərin nəticəsi olduğunu müəyyən edib. Ekspert rəyinə görə, İrina baş beynin əzilməsi və ödemi, çoxsaylı qansızmalar, geniş hematomalar, həmçinin bədənin müxtəlif nahiyələrində ciddi əzilmələr səbəbilə həyatını itirib.

Məhkəmədə ifadə verən P. Stanislav ittihamı qəbul etməyib, qadınla arasında yaxın münasibət olduğunu, ona köməklik etdiyini, ölümü isə guya zərərçəkmişin hamamda yıxılması ilə əlaqələndirib. O iddia edib ki, istintaq zamanı təzyiq altında etirafedici ifadə verib.

P.Stanislavın ifadəsindən məlum olub ki, o, 41 saylı mənzil kommunal istismar sahəsində fəhlə kimi çalışırmış. İrina ilə küçədə tanış olub. İrina spirtli içki aludəçisi olaraq küçədə tək yaşayırmış. Onlar tanış olduqdan sonra P.Stanislav onu evinə gətirərək birlikdə yaşamağa başlayıblar.

Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ilkin ifadəsində İrinanın ondan spirtli içki tələb etdiyini, əsəbiləşərək qadını döydüyünü etiraf etməsi təsdiqlənib.

Məhkəmənin hökmü ilə P. Stanislav 10 il müddətinə azadlıqdan məhrum edilib.

(pravda.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see254

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see229

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see227

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see224

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see193

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see185

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see170

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see158

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see155

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see153

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see150

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see141

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri