Icma.az
close
up
RU
Ankara Afina arasında Egey böhranı dərinləşir? Ekspertdən açıqlama

Ankara Afina arasında Egey böhranı dərinləşir? Ekspertdən açıqlama

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə və Yunanıstan arasında Egey dənizində mövcud olan fikir ayrılıqları yeni mübahisə mövzusu ilə gündəmə gəlib. Ankara Afinanın bərpa olunan enerji mənbələri ilə bağlı qəbul etdiyi yeni qaydaların Türkiyə üçün hüquqi nəticə doğurmayacağını açıqlayıb. Türkiyə tərəfi Egey dənizində birtərəfli addımlardan çəkinməyə çağırış edib. Bu açıqlama iki ölkə arasında onsuz da həssas olan münasibətlər fonunda diqqət çəkir.

Türkiyənin Yunanıstanın bərpa olunan enerji ilə bağlı yeni qaydalarını tanımadığını açıqlaması Egey dənizində Ankara-Afina münasibətlərində gərginliyi daha da artıra bilərmi? Bu məsələ iki ölkə arasında mövcud olan dəniz hüququ və ərazi mübahisələrinə necə təsir göstərə bilər?

Redaktor.az-a beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz bildirdi ki, Yunanıstanın bərpa olunan enerji mənbələri ilə bağlı yeni məkan planlaması ilk baxışda enerji və ətraf mühit siyasəti çərçivəsində qiymətləndirilə bilər:

"Lakin bu tənzimləmənin Egey dənizində mübahisəli əraziləri və suverenliyi beynəlxalq müqavilələrlə açıq şəkildə Yunanıstana verilməmiş coğrafi əraziləri əhatə edəcək şəkildə tətbiq olunması məsələnin enerji siyasətindən kənara çıxaraq birbaşa suverenlik və dəniz yurisdiksiyası probleminə çevrilməsinə səbəb olur. Türkiyənin etirazının əsasını da məhz bu məsələ təşkil edir. Ankara hesab edir ki, Yunanıstanın öz daxili qanunvericiliyi çərçivəsində qəbul etdiyi hər hansı tənzimləmə Türkiyənin Egeydəki hüquq və maraqları baxımından beynəlxalq hüquqi nəticə doğura bilməz. Çünki Egey dənizində, xüsusilə qitə şelfi də daxil olmaqla, bəzi dəniz yurisdiksiyası sahələrinin delimitasiyası ilə bağlı iki ölkə arasında qarşılıqlı razılaşmaya əsaslanan hərtərəfli saziş mövcud deyil. Bu səbəbdən Afinanın daxili hüquqi tənzimləmələr vasitəsilə mübahisəli ərazilərdə faktiki və ya hüquqi vəziyyət yaratmaq cəhdləri Türkiyə tərəfindən qəbuledilməz hesab olunur".

Müsahibimiz əlavə etdi ki, Egeydəki tarixi və hüquqi balans da bu məsələnin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır:

"Lozanna Sülh Müqaviləsinin 12-ci maddəsində Anadolu sahillərindən üç dəniz milindən daha yaxın məsafədə yerləşən adaların Türkiyənin suverenliyində qalmasının nəzərdə tutulması həmin dövrdə mövcud olan üç millik dəniz ərazisi anlayışının Egeydə formalaşdırılmış statusa da əks olunduğunu göstərir. Bununla belə, Lozanna bu günkü mənada qitə şelfinin delimitasiyasını tənzimləyən müqavilə deyil. Yunanıstan 1936-cı ildə ərazi sularının genişliyini üç dəniz milindən altı dəniz milinə çıxarıb. Türkiyə də 1964-cü ildə öz ərazi sularını altı dəniz mili olaraq müəyyən edib. Beləliklə, Egeydə altı millik ərazi suları tətbiqi uzun illər ərzində mövcud balansın əsas elementlərindən birinə çevrilib. Lakin Türkiyənin altı millik ərazi suları tətbiqini qəbul etməsi Yunanıstana Egeydə ərazi sularını və ya digər dəniz yurisdiksiyası sahələrini Türkiyənin hüquq və maraqlarını pozacaq şəkildə birtərəfli qaydada genişləndirmək hüququ vermir. Ankaranın əsas mövqeyi ondan ibarətdir ki, Egeyin özünəməxsus coğrafi xüsusiyyətləri və iki ölkənin qarşılıqlı sahilləri nəzərə alınmalı, delimitasiya ədalətlilik, qarşılıqlı razılaşma və beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirilməlidir".

Siyasətçi vurğuladı ki, hər hansı dövlətin öz qanunvericiliyi əsasında qəbul etdiyi tənzimləmə qarşı sahilyanı dövlətin hüquqlarını aradan qaldıra bilməz və mübahisəli dəniz ərazisini birtərəfli qaydada öz suverenlik və ya yurisdiksiya sahəsinə çevirə bilməz:

"Yunanıstanın enerji planları, lisenziyalaşdırma fəaliyyəti və ya xəritələndirmə yolu ilə altı mildən kənarda yerləşən mübahisəli ərazilərdə Türkiyənin əleyhinə yeni hüquqi status yaratması mümkün deyil. Türkiyənin bu ərazilərdəki hüquqları qorunur və Ankaranın açıq razılığı olmadan həyata keçirilən birtərəfli addımlar Türkiyə baxımından hüquqi nəticə doğurmur. Bu səbəbdən Yunanıstanın sözügedən tənzimləməni sahədə faktiki tətbiqlərə çevirməsi Ankara ilə Afina arasında münasibətlərdə yeni gərginlik mənbəyi yarada bilər. Mübahisəli ərazilərdə enerji obyektlərinin inşa edilməsi, lisenziyaların verilməsi və ya həmin ərazilərin Yunanıstanın suverenlik sahəsi kimi göstərilməsi halında Türkiyənin diplomatik və hüquqi etirazlarını daha qəti şəkildə gündəmə gətirməsi gözləniləndir".

O qeyd etdi ki, Ankaranın açıqlamasını gərginlik çağırışı deyil, Egeydə birtərəfli oldu-bitdilərin qarşısını almağa yönəlmiş diplomatik və hüquqi xəbərdarlıq kimi qiymətləndirmək lazımdır:

"Türkiyə problemlərin beynəlxalq hüquq, ədalətlilik və mehriban qonşuluq prinsipləri əsasında həll edilməsini müdafiə edir. Eyni zamanda Ankara Egeydə mövcud balansın birtərəfli addımlarla Türkiyənin əleyhinə dəyişdirilməsinə imkan verməyəcəyini də açıq şəkildə ortaya qoyur".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Avqust 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri