Antarktidada buzlaqların altında nəhəng balıq koloniyası aşkarlandı (FOTO)
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Alimlər Veddell dənizinin soyuq sularında dünyanın ən böyük balıq çoxalma koloniyalarından birini kəşf ediblər.
Qaynarinfo xəbər verir ki, araşdırmalar Filxner şelf buzlağının altında yerləşən nəhəng antarktika buz balıqlarının (Channichthyidae) yuvalanma məskənini üzə çıxarıb.
Alfred Veqener İnstitutunun (AWI) məlumatına görə, tapıntı elm adamlarını heyrətləndirsə də, bu həssas ekosistemin qorunması ilə bağlı narahatlıqlar yaranıb. Buz balıqları qeyri-adi xüsusiyyətlərə malikdir: onların qanında hemoglobin yoxdur, bu səbəbdən solğun rəngdədir. Balıqlar, Antarktidanın oksigenlə zəngin sularında məhz bu mühitin xüsusiyyətləri sayəsində yaşaya bilirlər. Bundan başqa, onlar antifriz zülalları istehsal edir və aşağı metabolik tələbatla sərt iqlimə uyğunlaşırlar.
2022-ci ildə "Polarstern" tədqiqat gəmisi ilə aparılan ekspedisiya zamanı alimlər okean dibi müşahidə sistemindən və batimetriya cihazlarından istifadə edərək bu unikal balıqların yuva şəbəkəsini sənədləşdiriblər.

AWI bioloqu Otun Perserin sözlərinə görə, hər biri təqribən 75 santimetr diametrə malik dairəvi yuvalarda bir yetkin balıq və qorunan yumurta qrupu aşkarlanıb. 45 600 kvadratmetrlik sahədə 16 mindən çox yuva qeydə alınıb. Alimlər hesab edir ki, ümumilikdə 240 kvadrat kilometr ərazidə təxminən 60 milyon yuva mövcud ola bilər. Perser bunu "buz altında bioloji meqapolis" adlandırıb.
Bununla belə, ərazi hələ də qoruma statusu almayıb. 2016-cı ildən bəri Veddell dənizinin dəniz qoruğu elan olunması müzakirə edilsə də, razılıq əldə edilməyib. Ekoloqlar iqlim dəyişikliyi, balıqçılıq fəaliyyəti və insan müdaxiləsinin bu həssas ekosistemə ciddi zərər vura biləcəyini xəbərdar edirlər.
Alimlərin fikrincə, bu yuvalanma məkanının qorunması yalnız buz balıqlarının deyil, bütövlükdə Antarktika ekosisteminin davamlılığı üçün mühüm əhəmiyyət daşıyır.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 06 Sentyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















