APA Jurnalist Məktəbi fəaliyyətə başladı FOTOLENT
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün APA Media Group-un yeni layihəsi olan APA Jurnalist Məktəbi fəaliyyətə başlayıb.
APA Media Group-un rəhbəri Vüsalə Mahirqızı qeyd edib ki, təlimdə iştirak etmək üçün 230 müraciət daxil olub:
"Bizim komanda təlimdə iştirak üçün 26 nəfəri seçdi. Düşünürük ki, APA Jurnalist Məktəbinin ilk iştirakçıları gələcəkdə Azərbaycan mediasının tanınmış imzaları olacaqlar".
Vüsalə Mahirqızı onu da bildirib ki, "APA Group" özü də təlim iştirakçıları arasından öz kadr bankını zənginləşdirmək üçün istifadə edəcək:
"Üç ay keçiriləcək təlimdə iştirak edəcək şəxslər şirkətin bütün imkanlarından faydalana biləcəklər. Təlimçilərdən başqa hər həftə tanınmış jurnalistlər, blogerlər, yeni media mütəxəssisləri öz təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər".
Qeyd edək ki, ilk təlimçilər əməkdar jurnalist Qabil Abbasoğlu, tanınmış telejurnalist İlqar Əlfi, APA TV-nin direktoru Orxan Məmmədli olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















