Icma.az
close
up
RU
Aprel Zirvəsi Zəfər nəfəsi

Aprel Zirvəsi Zəfər nəfəsi

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

İmişli rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş “Aprel zirvəsi-Zəfər nəfəsi” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli RİH-nin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Elşad Uğurliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, DSMF Mil-Muğan regional filialının direktor müavini Tural Məmmədov, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydarova, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, məktəb direktorları,  müəllimlər və YAP fəalları iştirak edib. 

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Aprel döyüşləri Azərbaycan tarixində şanlı bir səhifə olmaqla yanaşı, dövlətimizin gücünün və xalqımızın birliyinin təcəssümüdür. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi və ordu quruculuğuna göstərdiyi xüsusi diqqət nəticəsində Azərbaycan Ordusu bu döyüşlərdə böyük uğur qazandı. Bu qələbə sonradan əldə etdiyimiz möhtəşəm Zəfərin əsasını qoydu və xalqımızın öz gücünə inamını daha da möhkəmləndirdi.

Çıxış edən İmişli RİH-nin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev qeyd edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və ruh yüksəkliyini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Aprel döyüşləri şəhidi kapitan Nəcməddin Savalanovun anası Ramilə Savalanova, şəhid anası Afət Cavadova və şəhid atası İsrayıl Əbilov çıxışlarında bildiriblər ki, bizim övladlarımız Vətən uğrunda canlarından keçərək əbədiyaşarlıq qazandılar. Onların qəhrəmanlığı sayəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə yeni mərhələyə qədəm qoydu. Bu gün biz şəhid ailələri olaraq dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğını daim hiss edirik. Bu münasibət bizə həm təsəlli verir, həm də qürur hissi yaşadır. 

Digər çıxış edənlər – Səbinə Abdullayeva, Afaq Bəşirli və Samirə Kərimli bildiriblər ki, Aprel döyüşləri bizim nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Bu qəhrəmanlıq nümunəsi bizə göstərir ki, Vətən sevgisi ən ali dəyərdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar gənclərdə böyük ruh yüksəkliyi yaradır və bizi daha məsuliyyətli olmağa sövq edir. Biz bu şanlı tarixi yaşatmalı və gələcək nəsillərə ötürməliyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri