Icma.az
close
up
RU
Arıqlamaq istəyənlər üçün HƏYƏCAN TƏBİLİ Bu pəhriz ÖLDÜRÜR!

Arıqlamaq istəyənlər üçün HƏYƏCAN TƏBİLİ Bu pəhriz ÖLDÜRÜR!

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanların yeni trendi – Keto (və ya ketogen) pəhriz təkcə Azərbaycanda deyil, dünyada getdikcə yayılır. Xüsusilə də bu pəhriz növünün bağırsaq xərçənginin qarşısını alması barədə xəbər ortaya çıxınca istifadəçilər arasında daha da populyarlaşdı.

Keto pəhriz – karbohidratlardan imtina edib, yağlı yeməklərdən istifadə etməklə tez bir zamanda kilo verməyə imkan verir. Karbohidrat almayan orqanizm ketoz rejimə keçir və karbohidratlardan topladığı şəkər yerinə, enerji əldə etmək üçün yağları yandırmağa başlayır.

Sağlam adamlar da infarkta səbəb ola bilər

Amma bu pəhrizin fəsadları xeyrindən daha çox imiş. Belə ki, karbohidratlardan tamamən imtina edib, yağlı yeməklərə keçmək gənc yaşda infarkt riskini artıra bilər. Karbohidratların ciddi şəkildə məhdudlaşdırıldığı pəhriz yüksək proteinlidir.  Bu pəhriz hətta 30-35 yaşlarında indiyədək heç bir şikayəti olmayan sağlam adamlarda da infarkta səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, keto kimi həddindən artıq məhdudlaşdırıcı pəhrizlərə uzun müddət riayət etmək qanda xolesterinin səviyyəsinin kəskin artmasına, qan damarlarının zədələnməsinə, xroniki iltihaba və damarların daralmasına səbəb ola bilər. Bu faktorlar infarkt və insultun əsas tətikləyiciləridir. Belə ki, qırmızı ət və yağlı pendir, kərə yağı kimi heyvan mənşəli məhsullarda çoxlu doymuş yağ var. Onların qida rasionunda çox olması damarlarda tıxanmaların əmələ gəlməsinə səbəb ola bilər.

News24.az xəbər verir ki, mövzuyla əlaqədar Bizim.Media-ya açıqlama verən dietoloq Sabir Verdiyev  bildirir ki, bu pəhrizdən uzun müddət istifadə edənlər bilməlidirlər ki, itirilmiş kilo əsasən orqanizmin su itkisi ilə əlaqəlidir.

“Uzunmüddətli keto pəhrizi ürək və böyrəklər də daxil olmaqla bir sıra  orqanları sıradan çıxarır. Xüsusən də hüceyrə qocalmasına səbəb olur. 18 yaşdan aşağı şəxslər və diabet xəstələri belə bir pəhriz qətiyyən saxlamamalıdırlar. Keto pəhrizinə başlamaq istəyənlər xolesterol səviyyəsi və ürək xəstəliyi riski haqqında məlumatlı olmalıdırlar”.

Dietoloq bildirir ki, ümumiyyətlə sosial şəbəkələrdə kor-təbii şəkildə pəhriz nümunələri görən istifadəçilər orqanizmlərini tanımadan dərhal əməl etməyə başlayırlar ki, bu da fəsadlarla nəticələnir.

“Hətta dietoloqlar arasında pəhriz növləri, içkiləri təklif edənlər var. Peşəkar dietoloq bunu edə bilməz. İşini bilən mütəxəssis yaxşı dərk edir ki, pasientin ümumi qan analizi, xroniki xəstəliklər müşahidəsi olmadan hər hansı təklif etmək onun sağlamlığına ciddi ziyandır. Bir pəhrizi bütün insanlara eyni şəkildə tətbiq etmək olmaz. Ona görə də pəhriz saxlamaq istəyənlər əvvəlcə həkimlə məsləhətləşməli, öz orqanizmlərini, onun həssaslıq dərəcəsinin tanımalı sonra istifadəyə başlamalıdırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyul 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri