Icma.az
close
up
RU
ARTIQ ADAM Hekayə

ARTIQ ADAM Hekayə

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Xəstəxananın həyətinə xeyli adam toplaşmışdı. Qadınlar bir tərəfdə, kişilər başqa bir tərəfdə öz aralarında asta-asta xəstəxananın reanimasiya palatasında yatan xəstədən danışırdılar. Qadınlardan biri, deyəsən xəstənin anası idi, ortalığa “yazıq oğlum nə gün gördü ki?” deyə süni şəkildə ağlamısındı. Onun artistlik etdiyini, oğlunun halına ürəkdən yanmadığını təcrübəsiz insanlar belə, asanlıqla sezərdi.

Bəzənib-düzənmiş, ətrafdakılara naz satmaqla məşğul olan qız, deyəsən bacısı idi, sanki anasına həm cavab, həm təskinlik, həm də özlərinə bəraət qazandırmaq kimi “gunah özündədir, az içərdi”, deyə mızıldandı.

Digər bir cavan qadın sakitcə başını aşağı salıb, dərin xəyallara getmişdi. Üzündə dərin bir peşmançılıq hissi vardı. Sanki bu günədək etdklərinin yanlış olduğunu indi anlamışdı. Amma artıq çox gec idi. Sonrakı peşmançılıq heç vaxt fayda vermir. Bu qadın, deyəsən, xəstənin həyat yoldaşı idi. Yanında 7-10 yaşlarında iki oğlan uşağı dayanmadan göz yaşı axıdırdılar. Hamının başı söhbətə qarışdığından onlara təsəlli vermək heç kəsin yadına düşmürdü.

Digər yaxın-uzaq qohumlar da xəstədən daha çox onun ana-bacısının əziyyət çəkərək xəstəxanaya gəlmələrindən narahat olduqlarını ehyam vururdular.

(Əvvəli bu linkdə)

Xəstənin adı Azad idi. Azad onunla bir məhlədə böyümüşdü, uşaqlıqdan yaxın dost idilər. Azad yeganə ürək qızdırdığı dostuna öz ailəsi haqqında ətraflı danışmışdı. Onlar üç bacı, iki qardaş idilər. Ailələri imkanlı, valideynləri təhsilli və cəmiyyətdə hörmət qazanmış insanlardı. Demək olar ki, heç bir sosial problemləri yox idi. Azadın qardaşı ailənin ilki olduğundan, ona xüsusi bir münasibət vardı. Valideynlər, o cümlədən onların ağzına baxan bütün qohumlar Azadın böyük qardaşını sevir, ona qayğı göstərirdi. Sanki bu evdə tək bir oğlan usağı varmış. Əslində, bu Azadı çox sevindirirdi, çünki o, böyük qardaşını çox sevirdi, onun üçün ölümə getməyə belə, hazır idi.

Azad uşaqlıqdan qardaşı cəzalanmasın deyə, onun bütün günah işlərini öz üstünə götürdüyündən, buna görə pis ad çıxarmışdı. Əksinə, özünün bütün yaxşı islərini qardaşının adına yazırdı. Hami elə bilirdi ki, Azad vecsiz, çətin tərbiyə olunan, qabiliyyətsiz bir usaqdır. Böyük qardaş isə, əksinə, tayfanın göz bəbəyi, ailənin yeganə ümid yeri idi.

Böyük qardaş həqiqətən dərslərini yaxşı oxuyurdu, amma çox təkəbbürlü, eqoist, özünə vurğun, ərköyün biri idi. Azaddan çox-çox yaraşıqlı, fiziki cəhətdən daha yaxşı inkişaf etmişdi. Azad onun kölgəsində yox kimi idi. Ata-ana yalnız böyük qardaş haqqında düşünür, onun bütün arzu və istəklərini yerinə yetirirdilər.

Artıq böyük qardaş universitetin hüquq fakültəsinin son kursunda idi. Tezliklə dövlət imtahanı verib, çoxdan arzuladığı hakimlik fəaliyyətinə başlamağı düşünürdü. Atası da lazım olan adamlarla danışmışdı, onun hakim olması ilə bağlı heç bir problem olmayacaqdı. Atası böyük qardaşa yağın içində bir “Mercedes” də bağışlamışdı. Azad yalnız qardaşının maşınını yumaq lazım gələndə maşına toxuna bilirdi.

Azad nə qədər çalışsa da, universitetə daxil ola bilməmişdi. Ona görə, erkən yaşlarında özünə bir peşə seçib, əmək fəaliyyətinə başlamışdı. Qardaşından qabağa düşüb evlənmişdi. Ata-anası onun böyük qardaşından qabağa düşməsinə pis baxdıqlarından, Azada toy etməkdən imtina etmişdilər. Azad bundan incisə də, özünü günahkar bilmişdi. Həyat yoldaşı da xeyli gözəgəlimli, yaraşıqlı bir qiz idi. Azaddan çox, onun ailəsinə görə bu evliliklə razılaşmışdı. Amma evlənəndən sonra Azadla ailəsi arasında soyuqluq olduğunu biləndə xeyli peşman olmuşdusa da, taleyi ilə barışmışdı.

Azadın bir-birinin ardınca iki oğlu olmuşdu. Ona insan kimi baxan, təmənnasız sevgi və qayğı göstərən bu iki usağı və məhəllədəki uşaqlıq dostu idi. Azad özlüyündə oğlanları naminə yaşamaq qərarı vermişdi. O, valideynlərinin buraxdığı səhvi təkrarlamaq istəmirdi. Ona görə, lap uşaqlıdan oğlanlarını bir-birinə qarşılıqlı məhəbbət və qayğı hissi ilə tərbiyə edirdi.

Azad arvadının oynaq xasiyyətindən narahat olsa da, bunu üzə vurmurdu. Bəzən əsaslı qısqanclıq onu narahat edir, ancaq uşaqları naminə çox da dərinə getmirdi. Həyat yoldaşının gözü küçələrdən yığışmırdı. Yolda qoşa getdikləri vaxt belə, Azaddan yaraşıqlı və imkanlı birini görəndə ona işvə-naz satmaqdan çəkinmirdi. Bəzən Azadın bunu hiss etməsini belə, vecinə almırdı.

Günlər bu cür - gah kədər, gah qayğı ilə keçirdi. Azad öz ürəyini yalnız dostuna aça bilirdi. Onunla dərdləşir, dəfələrlə böyük qardaşı ilə fəxr etdiyini, onu çox sevdiyini, özünə arxa-dayaq bildiyini deyirdi. Hətta xəyallarında əlinə pul düşəcəyi halda qardaşına çox bahalı maşın alacağına da söz vermişdi.

Ata-anası, bacıları və qardaşı sanki Azadı görmürdülər, heç kəs onunla maraqlanmır, kirayədə qaldığı evinə gəlib-getmir, ad günlərində belə, onu yadlarına salmırdılar. Elə bil həyatda belə bir insan yox idi. Azad fərqinə varsa da, bu vəziyyəti normal qəbul edir, hər şeydə özünü günahlandırırdı. “Ali təhsil alsaydım, ata-anamin razılığı olmadan tez evlənməsəydim, ata-anama daha çox qayğı göstərsəydim, yəqin ki, başqa münasibət görərdim”, - deyə düşünürdü.

Əslində, dostu Azadın ailəsini yaxşı tanıyırdı, onların eqoist, meşşan insanlar olduğunu bilirdi. Azada olan munasibət də bununla bağlı idi. Onlar heç bir ali təhsili olmayan Azadın onların övladi olmasından utanır, əksinə böyük oğlanları ilə bağlı hər fürsətdə ürək dolusu söz açırdılar.

Adi günlərin birində Azad pis xəbər eşitdi. Böyük qardaşı dostları ilə növbəti kef məclisindən gələndə yolda qəza törətmiş, maşınla bir nəfəri vurub öldürmüşdü. Gənclər hadisə yerindən qaçsalar da, maşını görən olmuşdu. Azad bu xəbəri eşidən kimi qaça-qaça qan-tərin içində atasıgilə gəldi. Onsuz da Azaddan zəhləsi gedən valideynləri, ”nə var, at ölüb, itlərin bayramıdır? Qardaşının başına gələnlərdən sevinirsən?”, - deyə sərt baxışlarla sual etmişdilər. Daha sonra öz aralarında “Onun bütün əziyyəti boşa gedəcək. Həbsxanaya düşsə, bir daha hüquq sistemində işləyə bilməyəcək. Gərək, onu həbsxanaya qoymayaq. Amma necə?”, - deyərək, bu sualın cavabını tapmağa o qədər aludə olmuşdular ki, artıq Azadın orada olması tam yadlarından çıxmışdı. Azad yavaşca, ”Mən ölmüşəm ki, qardaşım həbs olunsun?!”, deyəndə atası təəccüblə üzünü ona çevirib, “Sənin nə kimi gücün, imkanın, hörmətin var ki, qardaşını həbs olunmaqdan xilas edəsən?”, - dedi.

(Ardı var)

AZAD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Yanvar 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri