Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

ARTIQ ADAM Hekayə

ARTIQ ADAM Hekayə

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəstəxananın həyətinə xeyli adam toplaşmışdı. Qadınlar bir tərəfdə, kişilər başqa bir tərəfdə öz aralarında asta-asta xəstəxananın reanimasiya palatasında yatan xəstədən danışırdılar. Qadınlardan biri, deyəsən xəstənin anası idi, ortalığa “yazıq oğlum nə gün gördü ki?” deyə süni şəkildə ağlamısındı. Onun artistlik etdiyini, oğlunun halına ürəkdən yanmadığını təcrübəsiz insanlar belə, asanlıqla sezərdi.

Bəzənib-düzənmiş, ətrafdakılara naz satmaqla məşğul olan qız, deyəsən bacısı idi, sanki anasına həm cavab, həm təskinlik, həm də özlərinə bəraət qazandırmaq kimi “gunah özündədir, az içərdi”, deyə mızıldandı.

Digər bir cavan qadın sakitcə başını aşağı salıb, dərin xəyallara getmişdi. Üzündə dərin bir peşmançılıq hissi vardı. Sanki bu günədək etdklərinin yanlış olduğunu indi anlamışdı. Amma artıq çox gec idi. Sonrakı peşmançılıq heç vaxt fayda vermir. Bu qadın, deyəsən, xəstənin həyat yoldaşı idi. Yanında 7-10 yaşlarında iki oğlan uşağı dayanmadan göz yaşı axıdırdılar. Hamının başı söhbətə qarışdığından onlara təsəlli vermək heç kəsin yadına düşmürdü.

Digər yaxın-uzaq qohumlar da xəstədən daha çox onun ana-bacısının əziyyət çəkərək xəstəxanaya gəlmələrindən narahat olduqlarını ehyam vururdular.

(Əvvəli bu LİNKdə)

“Mənim pulum, tanışlarım, hörmətim yoxdur. Amma qardaşıma qurban edəcək bir canım var. Onun günahını mən üzərimə götürəcəyəm. Maşını mənim sürdüyümü, qəzanı da mənim törətdiyimi etiraf edəcəyəm. Mənim həbsxanada, ya azadlıqda qalmağım çox da önəmli deyil. Amma qardaşımın gələcəyi məhv ola bilər. Eybi yox, mən həbsxanaya gedərəm, qardaşım hakim işləyəndə mənim azadlığa çıxmağıma kömək edər”, - Azad dedi. Onun dedikləri ailənin üzərindən böyük bir yükü götürdü. Kədər-qəm yerini sevincə verdi. Azadın həbs olunması heç kimdə narahatlıq yaratmırdı, buna görə də məsələni Azadın dediyi kimi yoluna qoydular. Tezliklə məhkəmə oldu və Azad “içkili vəziyyətdə, sürücüluk hüququ olmadan qəza törədərək bir nəfərin ölümünə səbəb olduğundan” on il həbs cəzası aldı.

Məhkəməyə yalnız Azadın dostları gəlmişdi. Qardaşı və valideynləri məhkəməyə belə, gəlməyi özlərinə əziyyət bilmişdilər. Azad özünü qəhrəman kimi hiss edirdi. Düşünürdü ki, bu gündən hamı ondan danışacaq, onun fədakarlığı qardaşının və valideynlərinin ona olan münasibətində fundamental dəyişiklik yaradacaq, ona bu günə kimi göstərmədikləri hörmət və qayğı göstərəcəklər. Hətta ola bilsin ki, qardaşını sevdikləri kimi onu da sevə biləcəklər.

Həbsxana həyatı Azadın düşündüyündən daha ağır idi. Orada verilən yeməyi yeyə bilmirdi. Əvvəllər ayda bir dəfə yanına gələn həyat yoldaşı indi iki-üç aydan bir gəlirdi. Valideynləri isə böyük qardaşına problem olar deyə, bir bəhanə ilə həbsxanada ona baş çəkmirdi.

Azad yavaş-yavaş depressiyaya düşürdü. Ozünü tənha hiss edirdi. Yalnız uşaqlıq dostu onu tərk etməmişdi. İmkanı olmasa da həftədə bir dəfə onun yanına gəlir, yemək gətirirdi.

Azad həbsxanada kəskin arıqlamışdı. Digər vərəmli məhbuslardan vərəmə yoluxmuşdu. Müalicə üçün çoxlu pul lazım idi, amma heç kəs ona sahib çıxmırdı. Böyük qardaşı sanki heç əvvəlcədən qardaşı olmamış kimi özünü aparır, uzaqdan uzağa olsa da onunla maraqlanmırdı.

Qardaşının artıq hakim işlədiyini eşitmişdi. Amma onun azadlığa çıxması ilə bağlı heç bir cəhd etmirdi. Azadın həyat yoldaşı ilə bağlı dostundan eşitdiyi xəbər də onu birdəfəlik məhv etmişdi. Həyat yoldaşı, “məni qoyub həbsxananı seçmisənsə, mənə sənin kimi ər lazım deyil“, deyib boşanmaq qərarı vermişdi. Hətta Azad esitmişdi ki, həyat yoldaşı rəsmən boşanmadan artıq özünə yeni bir sevgili tapmış, günlərini onunla eyş-işrətdə keçirir.

Azadın yeganə ümidi oğlanlarına idi. Onlar da çox kiçik idilər, əllərindən bir şey gəlmirdi. Nə vaxta böyüyələr, nə vaxta Azada kömək edələr, xəyaldan başqa bir şey deyildi. Bir tərəfdən xəstəlik, digər tərəfdən ona qarşı olan etinasızlıq Azadı içindən yeməyə başlamışdı. Hətta özünə qəsd etməyi belə, ağlından keçirsə də, sonra uşaqları gözünün qarşısına gəlmiş, “yox ölümümlə onları üzməyə haqqım yoxdur”, deyə fikrindən vaz keçmişdi.

Fikir Azadı bir dəqiqə belə sərbəst buraxmırdı. Bir dəfə adəti üzrə həbsxananın həyətində bir kənara çəkilib, dərin fikirlərə qərq olmuşdu. Bu vaxt salam-kəlamı olan dustaqlardan biri ona yaxınlasdı: “Qardaş, yüz fikir bir borcu ödəməz… Bunun bir yolu var, elə yaşayasan ki, həyatın etibarsız üzünü görməyəsən”. Azad mexaniki olaraq, “O necə olur” suali verdi. Məhbus yoldaşı ona bir siqaret uzatdı: “Al, bütün qəm-kədərin düşməni budur”. Azad düşünmədən siqareti aldı, çəkməyə başladı. Birdən-birə canına xoş bir rahatlıq gəldi. Ətrafını saran qaranlıq rəngli bir aləmə çevrildi. İndiyə kimi ona çətin gələn məsələlər indi çox asan görünməyə başladı. İlk dəfə idi ki, Azad xoşbəxtlik duyğusunu yaşayırdı.

Həmin gündən Azad narkotik qəbul etməyə başladı. Bu barədə çox sonralar dostuna da dedi. Dostu nə qədər, “bu yola düşmə, bu yolun sonu yoxdur”, desə də Azad “zatən, mənim yaşamağım heç kimə, hətta özümə belə lazım deyil”, - dedi. Dostu çox israr etsə də, urəyində ona haqq qazandırdı. Zatən  valideynləri və həyat yoldaşı onun varlığını unutmuşdular. Fədakarlığı müqabilində qardaşı borclu qalmasın deyə onun ölümünü arzulayırdı...

Nəhayət, həbsxanada qurulan məhkəmələrin birində ağır xəstə olmasını nəzərə alıb, qalan cəzasını şərti cəza ilə əvəzləyib Azadı həbsdən azad etdilər. Azadlığa çıxmaq sevinci Azadı həbsxananın qapısında tərk etdi. Onu qarşılamağa heç kim gəlməmişdi. Gedəcəyi yer də yox idi. Valideynləri çoxdan onu unutmuşdular. Həyat yoldaşı qeyri-qanuni başqa kişilərlə yaşayırdı. Azada küçə həyatını seçməkdən başqa yol qalmamışdı…

Azad həmin gündən özü kimilərlə şəhərin uçuq-sökük evlərində, zibil atılan dalanlarda gecələməyə başladı. Dostu onu tapıb həkimə apardı. Dövlət hesabına vərəm və şəkər xəstəliyindən mualicə almasına yardımçı oldu. Azada xəstəxanada mütəmadi olaraq dövlət hesabına xeyli bahalı dərman yazırdılar... Azad apteklərin biri ilə danışıb, həmin dərmanları yarı qiymətinə aptekə satırdı. Aldığı pulu isə yalnız övladlarına xərcləyir, onları əyləncə yerlərinə aparır, onlara əyin-baş alırdı. Uşaqları dəfələrlə onun harda yaşamasını soruşsalar da, o, yerini bildirmirdi. Hətta bir dəfə böyük oğlu “biz səninlə qalmaq istəyirik” desə də Azad, “yox, ananızın yanında qalın, mən qalan yer uzaqdır, məktəbə gedib-gəlmək sizə çətin olar”, deyərək başından etmişdi.

Azad digər “bomj” tanışları ilə birlikdə narkotik və spirtli içki qəbul edirdi. Yavaş-yavaş daxili orqanları sıradan çıxırdı. Qara ciyərində serroz ildırım sürəti ilə inkişaf edirdi. Ona kömək edəcək kimsə yox idi. Zatən, o, içində çəkdiyi fiziki ağrıları bir o qədər hiss etmirdi. Onu əzən, məhv edən mənəvi ağrılar idi. Bu ağrı qardaşının, bacılarının, ata və anasının ondan imtina etmələri, həyat yoldaşının ondan boşanmadan başqa kisilərlə oturub-durmasından əmələ gəlmişdi. Azadın yaşamağa gücü qalmamışdı. O, hiss edirdi ki, tezliklə həyatdan gedəcək. Bu da onun yeganə ümid və sevinc mənbəyi idi. O, yaşamağa o qədər nifrət edirdi ki, ölüm onun üçün həyatının ən böyük hədiyyəsi olacaqdı.

Bir gün küçədə gecələyən yoldaşları səhər Azadın oyanmadığını  gördülər. Nə qədər çalısdılarsa, Azad ayılmadı. O, çətinliklə nəfəs alırdı, rəngi meyit rəngində idi. Verilən heç bir suala cavab vermirdi. Yoldaşları onun ağır vəziyyətdə olduğunu başa düşdülər və təcili tibb yardıma müraciət etdilər. Xəstəxanaya yerləşdiriləndə artıq çox gec idi. Azada heç kim kömək edə bilməzdi. O, ağır kamotoz vəziyyətdə can vermə növbəsini gözləyirdi. Elə bil Əzrayıl da, valideynləri kimi, onu tərk etmişdi… Ölüm növbəsi ona çatmırdı ki, çatmırdı. Bütün həyatı boyu özünün bu dünyada artıq olduğunu düşünən Azad ölüm yatağında bu cansıxıcı dünyadan köçəcəyi anı gözləyirdi. Onun həyətdə qohum-qardaşının toplanmasından, həyat yoldaşının dərin peşmançılığından, övladlarının onun üçün tökdükləri göz yaşlarından və dostunun onun üçün hər cür fədakarlığa hazır olmasından xəbəri yox idi. Bəlkə də son nəfəsində bunlardan xəbəri olsaydı, ölümünü bu qədər istəməzdi…

AZAD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri