Icma.az
close
up
RU
AŞ PA Azərbaycan heyətinin yerini “BAZAR”lığa çıxara bilərmi? SENSASİON açıqlamalar

AŞ PA Azərbaycan heyətinin yerini “BAZAR”lığa çıxara bilərmi? SENSASİON açıqlamalar

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AŞ PA yanvarın 26-da görünməmiş addım atıb. 2022-ci ilin martında Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) qovulan Rusiya nümayəndə heyətinin yerinə, Rusiya Demokratik Qüvvələrinin yeni Platforması adlanın 15 nəfərlik heyət formalaşdırıb.

Moderator.az Musavat.com-a istinadla xatırladır ki, Ukraynadakı işğala qədər də Rusiya ilə qurum arasında gərginliklər davam edib. Qurum Moskvadan gələn nümayəndə heyətinin gah səsvermə səlahiyyətlərini alıb, gah da bərpası ilə bağlı qərar verib. 2022-ci ilin fevralında Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın təşkilatın üzvü qala bilməyəcəyinə dair yekdil qərar çıxardı. Rusiya bayrağının AŞ PA binasının qarşısında sökdülər. İndi isə faktiki Rusiyanı AŞ PA-da onlar təmsil edəcəklər. Heyətə Vladimir Kara-Murza, Mixail Xodorkovski, Oleq Orlov, Lyubov Sobol, Nadejda Tolokonnikova, Harri Kasparov (hamısı Rusiyada ekstremist təşkilatların rəhbərləri kimi tanınır, bəzilərinin barəsində qiyabi hökm də var-red.) və mühacirətdəki digər müxalifət xadimləri daxildir. Yəni Rusiyanı indi onlar təmsil edəcəklər, hər il rotasiya qaydası ilə üzvlər dəyişəcək də.

Yada salaq ki, Azərbaycan 2024-cü ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb. Azərbaycanda insan haqlarının pozulması mövzusunda şərtlər irəli sürülüb. Rusiya ilə bağlı atılan addım narahatlıq üçün əsas verir. Çünki Azərbaycandan kənarda düşmənləri az deyil, üstəlik, AŞ PA daxil Avropada fəaldırlar, dövlət əleyhinə iş aparan mütəşəkkil dairələr də var ki, onlar zaman-zaman elə həmin təşkilatın qapılarında da görünürlər.

Qeyd etdiyimiz kimi, artıq Rusiya müxalifətinin təmsilçiləri AŞ PA-da rəsmi nümayəndə heyəti olaraq qəbul edilir. Bu addım presedentə səbəb ola, Azərbaycan hakimiyyəti əleyhinə fəaliyyət göstərən mühacirlərə də eyni status tanına bilərmi?

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, həmçinin Azərbaycan deputat qrupunun AŞ PA-dakı rəhbəri olmuş Səməd Seyidov Musavat.com-a açıqlamasında bu məsələ ilə bağlı maraqlı məqamlara diqqət çəkib:

“Əvvəla, baxmaq lazımdır, bunlar ümumiyyətlə, nə dərəcədə öz təşkilatlarının prinsiplərinə zidd hərəkətlərlə məşğul olan insanlara çevriliblər ki, heç bir qanunda olmayan məsələləri götürüb gündəmə gətiriblər. Yəni adam fikirləşir ki, bunlar axı, hansısa nizamnamə əsasında qurulmuş təşkilatdır. Bunlar nizamnamələri kənara qoyurlarsa, reallığı qəbul etmirlərsə, hansısa ciddi məsələləri müzakirə etmək iqtidarında olmurlarsa, bunların qəbul etdiyi qərarların nə əhəmiyyəti var? Bunların hansısa bir qurumun yaradılması ilə bağlı qərarının nə mənası var? Yaradılsa belə, bunlar kimə qulluq edəcəklər? Hələ bilmək olmaz, bunlar hansı qüvvələrin tapşırıqlarını yerinə yetirirlər. Çox vacib və əhəmiyyətli məsələ bundan ibarətdir ki, bəzən biz düşünürük ki, bunlar kiməsə qarşı işləyirlər. AŞ PA təəssüflər olsun ki, bir alətdir! Çox təəssüf ki, bu alətdən istifadə edib, Avropanın özünü dağıdırlar. Orda səlahiyyətli üzv olmuş ölkələri yox, Avropanın dəyərlərini dağıdırlar. Ona görə də nə edəcəklərsə, hansısa bir qərar qəbul olunacaqsa, kimisə dəvət edə edəcəklərsə…Elə dəvət ediblər də…Biz orda 25-30 il işləyəndə dəhlizlərdə “müxalifət” gəlib, bizim üstümüzə hücum etmirdimi? AŞ PA rəhbərliyinin icazəsi olmasaydı, onlar qurumun binasına daxil ola bilərdilərmi? Onlar həmişə bu işlə məşğul olublar”. 

“Nümayəndə heyətimizin AŞ PA-nı tərk etməsinin anti-Azərbaycan qüvvələrə, həmçinin ermənilərə meydan vermiş olduğu barədə də təsəvvürlər var. Bu mənada Azərbaycan nümayəndə heyəti geri qayıtmaqla bağlı düşünə bilərmi, yoxsa mövcud şərtlər və münasibətlər daxilində bu, mümkün deyil” sualına cavabında S.Seyidov deyib ki, “o təşkilat ki bu gün bu prinsiplər əsasında işləyir - yəni AŞ PA – o təşkilat ki, Azərbaycanın haqlı tələblərini yerinə yetirməyə özündə güc tapmır, o təşkilat ki, təəssüflər olsun, beynəlxalq qanunu, reallığı kənara qoyub, hansısa qurumların, təşkilatların, insanların, lobbi qruplarının tapşırıqlarını yerinə yetirir, orda bizim nə işimiz var?”

“Ancaq özlərində güc tapsalar, daxildə islahatların keçirilməsində hansısa bir prosesə başlasalar… Azərbaycan bu qapını bağlamayıb ki…Bu qapını Avropa Şurası bağlayıb. Avropa Şurası özünün bəyan etdiyi dəyərlərə xəyanət edib. Söhbət bundan ibarətdir. Bunu mən demirəm, sonuncu Davos Forumunda çıxış edənlərin hamısı söylədi. Dedilər ki, artıq keçmiş, köhnə dünya yoxdur. Ona görə ki, güclü gücsüzə təsir göstərirdi. Ona görə ki, beynəlxalq qanunu, dəyərləri alət kimi istifadə edirdilər. Özü də bunu bilirsiniz kim deyib: məsələn, Kanadanın baş naziri öz çıxışında söyləyib. Bilirsiniz niyə indi etiraf etdilər? Ona görə ki, bizə bu məsələləri şamil edəndə susurdular. Ancaq ABŞ yeni yanaşmanı gündəmə gətirəndə bunlar Avropa olaraq özləri hiss eləməyə başlayanda ki, aha, məsələ başqa cürdür”,- deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, deməli, Azərbaycanın dediyi ərazi bütövlüyü, suverenlik məsələsi artıq bizim problemimizə çevrilib: “Bəs Azərbaycan bunu 30 ildir deyirdi, heç bir reaksiya verilmirdi, Ermənistana heç bir sanksiya tətbiq olunmurdu. İndi Qrenlandiya məsələsi gündəmə gələn kimi, görürsünüz necə qalxdılar, reaksiya verdilər? Bəs niyə 30 il bundan əvvəl heç bir reaksiya vermirdiniz? Niyə Azərbaycanın ərazi bütövlüyü pozulanda sanksiyalar tətbiq etmirdiniz, birgə bəyanat qəbul etmirdiniz?”

Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyası (AŞPA) 26 yanvar 2016-cı ildə Azərbaycan nümayəndə heyətinin gərgin çalışmalarından sonra Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsi ilə bağlı qətnamə qəbul etsə də, işğalçı Ermənistan bu sənədi saya salmadı. Ancaq bu günədək Ermənistanla yüksək səviyyədə əməkdaşlıq edən Strasburq rəsmi İrəvana qarşı hər hansı təsirli tədbirlərə əl atmadı.

S.Seyidov bu barədə bildirdi ki, söhbət təkcə həmin qətnamədən getmir: “AŞPA-nın 1416 saylı (Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı AŞPA-nın Siyasi Məsələlər Komitəsi tərəfindən hazırlanan, 25 yanvar 2005-ci ildə qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabğ bölgəsindəki münaqişə” adlı qətnamədən söhbət gedir-E.P.) qətnaməsi də olub, onu da Azərbaycan uzun illər işlədikdən sonra orada qəbul etdirdi. Nə olsun? Onu icra etdilərmi? Eləmədilər. Yəni söhbət ondan gedir ki, indi özləri yaratdıqları dünya ilə üz-üzə gələndə başa düşdülər ki, tamamilə başqa məsələdir. Ancaq bu haqda çoxdan deyirdik. Ona görə onlar nə qəbul edəcəklərsə, neynəyəcəklərsə, bunlar artıq keçmişdə qalmış bir təşkilatdır. O təşkilat haqqında bir siz danışırsınız, bir də mən. Cənab Prezidentin dediyi kimi, heç onlara fikir vermək də lazım deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri