Icma.az
close
up
RU
Aslan Kərimov: “Qarabağ” standart vəziyyətlər və əkshücumlar zamanı diqqətli olmalıdır AZƏRTAC

Aslan Kərimov: “Qarabağ” standart vəziyyətlər və əkshücumlar zamanı diqqətli olmalıdır AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı,12 dekabr, AZƏRTAC

“Qarabağ”ın İsveç klubuna qalib gəlmək şanslarını yüksək dəyərləndirirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunda bu gecə İsveçdə “Elfsborq” klubuna qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

Veteran futbolçu bildirib ki, bu mərhələdə zəif komanda olmur: “Hesab edirəm ki, “Elfsborq” turnirdə şansı az olan komandalardan biridir. “Roma” üzərindəki qələbə və “Braqa” ilə oyundakı heç-heçəyə nəzər yetirsək, görərik ki, komanda əks-hücumlardan yaxşı istifadə edib qollar vurdu. Yəni, oyun baxımından üstünlükləri yoxdur. Amma əks-hücumlar zamanı diqqətli olmaq lazımdır. Bununla belə, “Qarabağ” bu gecə İsveçdən 3 xalla qayıdacağını düşünürəm. Təmsilçimiz rəqibindən üstündür. Mənə görə, “Elfsborq”un şansı 20 faizdir. Bu da onların standart vəziyyətlərdə uğurlu olması ilə bağlıdır. Ancaq arxayın şəkildə oynamaq olmaz, bu futboldur və istənilən nəticə qeydə alına bilər”.

Onun sözlərinə görə, matçın keçiriləcəyi Boras şəhərində hava şəraitinin soyuq olması və süni ot örtüyü amili komandaların oyununa ciddi təsir etməməlidir: “Hava şəraiti matçda haradasa 5 faiz özünü göstərə bilər. Lakin “Qarabağ”ın üstün oynayacağını düşünürəm. Çünki Qurban Qurbanov kollektivi daha əvvəl də İsveç klubları ilə qarşılaşıb. Bu matç da həmin oyunlardan biridir. Həmçinin rəqib azarkeşlər İngiltərə, İtaliya və İspaniya fanatları kimi çılğın görünmürlər. Bu da meydanda rahat mübarizə aparacağımıza imkan yaradır”.

Mütəxəssis zədə səbəbindən matçı buraxacaq Kevin Medinanın standart vəziyyətlər zamanı yerinin görünəcəyini vurğulayıb: “Mərkəz müdafiəçisi son oyunlarda uğurlu çıxış edir. Kolumbiyalı futbolçunun olmaması Azərbaycan çempionu üçün böyük itkidir”.

A.Kərimov “Qarabağ”ın pley-offa yüksəlmək şansının olduğunu istisna etməyib: “Düşünürəm ki, Ruminiya təmsilçisi FKSB növbəti mərhələni təmin etsə, Bakıda onları məğlub edə bilərik. Təbii ki, hər şey öz əlimizdə deyil. Digər komandaların nəticələri də önəmli olacaq. Çətin olsa da, vəziyyəti öz xeyrimizə dəyişə bilərik”.

Qeyd edək ki, dekabrın 12-dən 13-nə keçən gecə “Boras Arena”da təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Aktivində 3 xalı olan Azərbaycan çempionu turnir cədvəlinin 32-ci pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri