Atyalında yük maşını 3 avtomobilə dəydi, biri marketə çırpıldı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Abşeron rayonu Atyalı qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza Bakı-Şamaxı yolunun 18.3-cü kilometrliyində saat 22:45 radələrdə qeyd alınıb: “Belə ki, Zaidov Qadir Vəlican oğlunun idarə etdiyi 01-CD-770 dövlət nömrə nişanlı “DAF” markalı yük avtomobili idarəetməni itirərək öncə yol kənarında park edilmiş 99-OG-980 dövlət nömrə nişanlı “Opel” markalı maşına, ardınca isə 99-QT-506 dövlət nömrə nişanlı “Ravon” markalı və 90-YK-749 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitələrinə dəyib. Zərbənin təsirindən “Toyota” markalı maşın ərazidə yerləşən “Rahat” supermarketə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib”.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub 146
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 21 Yanvar 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















