Icma.az
close
up
RU
AVF rəhbərliyi millinin İslamiadadakı gümüş medalını yüksək dəyərləndirib FOTO

AVF rəhbərliyi millinin İslamiadadakı gümüş medalını yüksək dəyərləndirib FOTO

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi qadınlardan ibarət millinin VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanmasını yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Bildirilib ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident və yığmanın baş məşqçisi Faiq Qarayev, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri və federasiyanın əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ş.Bağırov ilk olaraq voleybolçuları və məşqçilər heyətini təbrik edib. Bildirib ki, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarının favoritlərindən biri olan millimiz finala qədər irəliləyib. 57 ölkənin mübarizə apardığı yarışda ümumi medal sıralamasında 10-cu yeri tutan Azərbaycan komandasının İslam Həmrəyliyi Oyunlarında 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc olmaqla, ümumilikdə 59 medal qazandığını vurğulayan Ş.Bağırov bu mükafatlardan birinin də voleybolçularımız tərəfindən əldə edilməsini yüksək qiymətləndirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin yarışda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalamasını idmana göstərilən diqqət və qayğının göstəricisi olduğunu söyləyib.

2025-ci ildə Azərbaycan voleybolunun bir sıra uğurlar qazandığını diqqətə çatdıran federasiya prezidenti vurğulayıb ki, Gəncədə keçirilən III MDB Oyunlarında qızlardan ibarət U-16 yığmamız bürünc medal qazanıb. Gələn il ölkə voleybolu üçün əlamətdar il olacağını deyən Ş.Bağırov bildirib ki, voleybolçularımız Avropa Liqası ilə yanaşı, qitənin ən nüfuzlu yarışında da mübarizə aparacaqlar. Ölkəmizin də ev sahibi olduğu 2026-cı il Avropa çempionatında təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərliyi ilə millinin qrupdan çıxaraq növbəti mərhələlərə yüksələcəyinə əminliyini ifadə edib. O, voleybolçuları və məşqçilər heyətini təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Baş məşqçi Faiq Qarayev çıxış edərək bildirib ki, komandamızın bir neçə aparıcı oyunçusu müəyyən səbəblərdən yarışa qatıla bilməyiblər, bu da xüsusilə finalda özünü göstərib. 2017-ci ildə qızıl, 2022-ci ildə bürünc medal əldə edən yığma bu dəfə gümüş medal qazanmaqla favoritlərdən olduğunu bir daha göstərib. O, 2026-cı ildə komandamızı ciddi sınaq gözlədiyini, iyunda Avropa Liqası, avqust-sentyabr aylarında isə Avropa çempionatı keçiriləcəyini bildirib.

Sevindirici haldır ki, Avropa çempionatının bir qrupuna Azərbaycan ev sahibliyi edəcək. F.Qarayev vurğulayıb ki, Milli Gimnastika Arenasında keçiriləcək qitə birinciliyində məqsəd qrupdan çıxıb pley-offa vəsiqə qazanmaqdır. O, ölkə çempionatı başa çatandan sonra millinin hazırlıqlarının başlayacağını nəzərə çatdırıb. Hazırda xarici çempionatlarda çıxış edən digər aparıcı oyunçuların da gəlməsi ilə yığmanın daha da güclənəcəyini deyən mütəxəssis komandanın Avropa birinciliyində uğurlu nəticə qazanması üçün əlindən gələni edəcəyini bildirib.

AVF-nin vitse-prezidenti Bəhruz Quliyev də voleybolçuları və məşqçilər heyətini təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə yığma üzvləri və məşqçilər çıxış edərək onlara göstərilən dəstəyə görə AVF rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarının finalında Türkiyə komandasına məğlub olaraq ikinci yeri tutub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri