Avropada 10 il sonra daxili yanma mühərrikli avtomobillərə qadağa qoyulacaq ARAŞDIRMA FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Avropa İttifaqı 2035-ci ilə qədər qitədə satılan yeni avtomobillərdə daxili yanma mühərriklərini mərhələli şəkildə qadağan etməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu qərar avtomobil sənayesində geniş narazılıqlara səbəb olub.
Son olaraq, “BMW”nin baş direktoru Oliver Zipse məsələ ilə bağlı sərt açıqlama verərək Aİ-ni bu qərarı yenidən düşünməyə çağırıb. Onun sözlərinə görə, planlaşdırılan qadağa təkcə ətraf mühit üçün deyil, eyni zamanda Avropanın avtomobil sənayesi üçün də ciddi təhlükələr yaradır.
"Mövcud sistem tam bir fəlakətdir. O, olduğu kimi qala bilməz", – deyə Zipse bildirib.
“BMW” rəhbəri hesab edir ki, daxili yanma mühərriklərinin tamamilə dayandırılması avtomobil istehsalçılarının innovasiya potensialını məhdudlaşdıracaq və sənayeyə yönəlik investisiyaların azalmasına gətirib çıxaracaq.
Zipse vurğulayıb ki, ətraf mühitin qorunması yalnız işlənmiş tullantıların azaldılması ilə məhdudlaşdırılmamalıdır. Onun fikrincə, məsələni kompleks şəkildə qiymətləndirmək vacibdir:
“İstehsaldan tədarük zəncirinə, təkrar emaldan enerji mənbəyinə qədər bütün dövrə nəzərdən keçirilməlidir”.
Sənaye üzrə digər mütəxəssislər də bildirirlər ki, radikal keçid qərarları ətraf mühitin qorunması məqsədini daşısa da, avtomobil sənayesinin dayanıqlı inkişafı və texnoloji çevikliyi də nəzərə alınmalıdır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 İyul 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















