Avropada yeni dövrün hərbi bloku: Ukrayna da daxil ediəcək
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna və digər tərəfdaşların iştirakı ilə Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib.
Modern.az xəbər verir ki, o, bu barədə Strasburqda Avropa Parlamentində “İttifaqın vəziyyəti” adlı illik çıxışı zamanı danışıb.
Yeni formata Aİ ölkələri ilə yanaşı, Ukrayna, Böyük Britaniya, Norveç, Kanada və digər tərəfdaşların cəlb olunması nəzərdə tutulur. Məqsəd Rusiyadan qaynaqlandığı bildirilən dron hücumları, təxribat, yanğın və kiberhücumlar kimi hibrid təhdidlərə birgə cavab verməkdir.
Fon der Lyayen silahlı hücum həddinə çatmayan, lakin milli təhlükəsizliyə təhdid yaradan hadisələrə reaksiyanın əvvəlcədən razılaşdırılmasını təklif edib. Onun sözlərinə görə, üzv dövlətlərdən birinin müraciəti ilə bütün Aİ ölkələrinin toplaşmasını nəzərdə tutan “Fövqəladə Təhlükəsizlik Protokolu” hazırlanmalıdır.
“Avropanın təhlükəsizliyi bölünməzdir”, – Avropa Komissiyasının rəhbəri bildirib.
Fon der Lyayenin təklifi NATO-nun təhlükə ilə üzləşən üzv ölkənin məsləhətləşmələr tələb etməsinə imkan verən 4-cü maddəsinə bənzər mexanizmin yaradılmasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Sentyabr 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















