Naxçıvanda tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə məlumat verilib
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə mikro və kiçik sahibkarlar iştirak ediblər.
Görüş zamanı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə ətraflı məlumat verilib. Bildrilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı”na qarşı mübarizə ilə bağlıdır. “Sosial sığorta haqqında” qanuna edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılmasını və Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılmasını nəzərdə tutur.
Qeyd olunub ki, tətbiq olunan uzunmüddətli vergi və sosial güzəşt mexanizmləri Naxçıvan Muxtar Respublikasında istehsalın genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına və regionun iqtisadi potensialının daha da güclənməsinə mühüm töhfə verəcək.
Sonda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Səbuhi HƏSƏNOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Yanvar 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















