Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

AXCP nin yeni oyunu: Separatçının həbsi kimləri narahat edir?

AXCP nin yeni oyunu: Separatçının həbsi kimləri narahat edir?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Separatçı fəaliyyətlə ittiham olunan Zahirəddin İbrahiminin həbsi cəmiyyətdə müzakirələrə səbəb olub. Azərbaycan əleyhinə çağırışlarda və dövlətin ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlərdə ittiham edilən bu şəxsin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı fikirlər səsləndirilir. Vəziyyət isə bəzi mühacir blogerlər və siyasilər tərəfindən fərqli prizmadan təqdim olunur. Onlar bunu insan hüquqları, fikir azadlığı və demokratiya kontekstində dəyərləndirməyə çalışır, məsələnin hüquqi yox, siyasi xarakter daşıdığını iddia edirlər.

Təəssüf doğuran məqamlardan biri də budur ki, dövlət əleyhinə fəaliyyətlərdə adı hallanan şəxslərlə bağlı hər dəfə analoji reaksiya verilir və bu hadisələr Azərbaycana qarşı qarayaxma kampaniyasının alətinə çevrilir.

Niyə Azərbaycan əleyhinə konkret hüquqi ittihamlarla saxlanılan şəxslərin müdafiəsi bəzi xarici dairələr və blogerlər üçün bu qədər cazibədardır?

Bəhruz Məhərrəmov

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, antimilli şura üzvləri və onların xaricdəki tör-töküntülərinin, o cümlədən “media” resurslarının Zahirəddin İbrahimi adlı milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ilə məşğul olan separatçını açıq şəkildə müdafiə etməsi milli xəyanətdir və mütləq qaydada hüquqi tədbirlərin görülməsini zərurətə çevirir:

“Azərbaycan tarixən müxtəlif etnik-milli və dini kimliklərin birgə və nümunəvi şəkildə dinc mühitdə yaşadığı coğrafiya olub. Hər hansı etnosun digərindən müdafiəsinə heç vaxt ehtiyac duyulmayıb. Bu birlik tarixin bütün dövrlərində, o cümlədən Vətən müharibəsi və antiterror tədbirlərində müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbəmizin təməlində dayanan amillərdən olub. Bu gün də birliyimiz ölkəmizdəki sabitliyin, inkişaf və tərəqqinin, Qarabağ və Şərqi Zəngəzurda başlanan böyük quruculuq və bərpanın, habelə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın uğurla reallaşmasında müstəsna rol oynayır.

Xatırlayırsınızsa, Prezident özünün ötən ilki andiçmə mərasimində ideoloji risklərdən danışmışdı. Görünən odur ki, Qarabağ və Şərqi Zəngəzurda separatizm alətindən məhrum olan imperializm Azərbaycan ərazisində yeni separatçı ocaq yaratmaq niyyətinə düşüb. Bu prosesdə isə Zahirəddin İbrahimi kimi “personalardan” istifadə olunur, eyni zamanda imperializminin alətinə çevrilmiş yerli marionetlər də heç prespektivə malik olmayan siyasi ambisiyalar naminə milli xəyanətdə rol alırlar. Bu əslində Azərbaycan xalqı üçün təəccüblü mənzərə deyil, çünki həmin qüvvələr 90-cı illərdə hakimiyyətə gəlmək və hakimiyyətdə qalmaq naminə Azərbaycan torpaqlarının qurban verilməsi və Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsinə səbəb olan adamlardır. Bu gün də eyni qüvvələr, xüsusən AXCP-nin tərəfdarları və xaricdəki tör-töküntüləri ayrı-ayrı ölkələrin kəşfiyyat orqanlarının alətinə çevrilmiş Zahirəddin İbrahimi kimi marionetlərin müdafiəsinə qalxmaqla əslində elə 90-cı illərdə törətdikləri xəyanətkar fəaliyyəti davam etdirirlər”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Azərbaycan hüquqi dövlətdir. Hər bir hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da kimsə hansısa hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıbsa və ya hər hansı bir cinayət törətməkdə, yaxud hüquqa zidd əməldə şübhəli bilinirsə, onunla bağlı araşdırma aparılmalıdır:

“Həmin şəxsin cinayətkar olub-olmaması barədə öncədən fikir bildirmək doğru deyil və bu, həm də qanunvericiliyimizə ziddir.

Bu cür əvvəlcədən fikir bildirmək hansısa maraqlara xidmət edə bilər və bu da qəbulolunmazdır. Bildiyiniz kimi, Zəhraddin İbrahimi adlı şəxs saxlanılıb və onun separatçılıqda ittiham olunduğu bildirilir. Yəni, o, Azərbaycan dövlətinə qarşı çağırışlar etməkdə ittiham olunur. Bu ittiham isə yalnız müvafiq istintaq orqanı tərəfindən araşdırılıb sübuta yetirilməlidir.

Əgər bu ittiham sübuta yetirilərsə, o zaman həmin şəxs barəsində ittiham aktı tərtib olunacaq və məsələ Azərbaycan məhkəməsinə göndəriləcək. Məhkəmə də öz növbəsində araşdırma apararaq qərar qəbul edəcək.

Azərbaycan Konstitusiyasına əsasən, ölkəmizdə üçpilləli məhkəmə sistemi mövcuddur: birinci instansiya məhkəməsi, Apellyasiya Məhkəməsi və kasasiya instansiyası – Ali Məhkəmə. Bu sistemin əsas məqsədi ondan ibarətdir ki, əgər birinci instansiya məhkəməsində hər hansı bir qanunsuzluq və ya ədalətsizlik olarsa, bu qərarın qarşısı apellyasiya instansiyasında alınsın. Əgər yenə də narazılıq qalarsa, kasasiya instansiyasında son qiymət verilsin.
Bu, hazırda dünya təcrübəsində ən optimal və hüquqa uyğun model hesab olunur və Azərbaycan hüquqi dövlət olaraq bu modeli tətbiq edir. Məncə, bu, ədalətli və şəffaf hüquqi prosesin təmin olunması üçün vacib addımdır”.

Xəyal Bəşirov

Xəyal Bəşirov qeyd edir ki, saxlanılan şəxsi heç bir hüquqi əsas olmadan, kortəbii şəkildə müdafiə edənlər, əslində Azərbaycan dövlətini ittiham etmək üçün fürsət axtarırlar:

“Belə hadisələr baş verəndə həmin şəxslər, o cümlədən bəzi blogerlər bunu öz maraqları üçün istifadə etməyə çalışırlar. Hesab edirəm ki, belə yanaşmalar Azərbaycan dövlətinə qarşı yönəlmişdir və bu cür çıxışlar, açıqlamalar dünya miqyasında dezinformasiyalar yayan qüvvələrin işinə yarayır. Bu da, təəssüf ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarının bir hissəsidir. Saxlanılan şəxslərlə bağlı müdafiə məqsədi ilə verilən bəyanatların da nə həmin şəxslərə, nə də onları müdafiə edənlərə heç bir real faydası yoxdur. Çünki burada məsələ konkret olaraq ədalətli məhkəmə araşdırmasından, həmçinin həmin şəxslərə qarşı ağır ittihamların araşdırılmasından gedir.
Belə şəxsləri əsasız şəkildə müdafiə etmək və bu məqsədlə Azərbaycan dövlətinə qarşı yönəlmiş fikirlər səsləndirmək heç vaxt nəticə verməyib, bu gün də vermir və gələcəkdə də verməyəcək. Bəziləri bunu sadəcə olaraq görüntü yaratmaq, fəaliyyət göstərirmiş kimi görünmək üçün edirlər.
Təəssüf ki, zaman-zaman biz bu cür xoşagəlməz hallarla qarşılaşırıq və belə davranışlar göstərir ki, bu şəxslər azərbaycanlı olduqlarını iddia etsələr də, əslində, Azərbaycan dövlətinə qarşı mübarizə aparmaqla həm də Azərbaycan adına xələl gətirmiş olurlar”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri