Azərbaycan analoji addımları Ermənistandan da gözləyir Deputat
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda cəza çəkən Vaqif Xaçaturyan və digər 3 nəfərin Ermənistana təhvil verilməsi böyük müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi ki, Azərbaycan tərəfinin 4 Ermənistan vətəndaşını humanitar və hüquqi əsaslar nəzərə alınmaqla Ermənistana təhvil verməsi bir daha ölkəmizin beynəlxalq humanitar hüquqa, Cenevrə konvensiyalarına və insan hüquqlarına sadiq olduğunu nümayiş etdirir:
"Bu addım Azərbaycanın regionda gərginliyin azaldılmasına, iki ölkə arasında etimadın möhkəmləndirilməsinə və apardığı sülh gündəliyinin irəliləməsinə xidmət edir. Eyni zamanda bu istiqamətdə göstərilən ardıcıl və məsuliyyətli siyasətin təzahürüdür. Azərbaycan bu addımla göstərir ki, o bütün humanitar hüquqa və dəyərlərə sadiqdir. Tarixi qələbəsinə və Ermənistan üzərində əldə etdiyi üstünlüyə baxmayaraq, ölkəmiz ilk sülh əlini uzadan tərəf kimi bu dəyərləri qoruyur. Bu, həm də Ermənistana vacib məsələlərdə analoji addımlar atmaq üçün siqnaldır".
Müsahibimizin sözlərinə görə, bununla ölkəmiz eyni zamanda humanitar məsələlərin siyasi manipulyasiya vasitəsi olmadığını nümayiş etdirir.
"Bu istiqamətdə atılan addımları qarşılıqlı prinsip əsasında qiymətləndirir. Azərbaycan bölgədə davamlı sülhün və hüquqi əsaslı münasibətlərin qurulması üçün rasional və konstruktiv mövqeyini saxlayır və analoji addımları Ermənistandan da gözləyir. Etimad mühitinin yaradılması, iki ölkə arasında başlanmış vacib addımlar, vətəndaş cəmiyyətlərinin görüşləri, Azərbaycan üzərindən Ermənistana göndərilən taxıl, yanacaq və digər yardımlar bu mühitin formalaşmasına xidmət edir. Bu, həmçinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın ilkin addımlarını təşkil edir. Azərbaycan istəyir ki, bölgədə dayanıqlı sülh və əmin-amanlıq olsun və bu istiqamətdə ardıcıl addımlar atılsın", - deyə deputat qeyd etdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 15 Yanvar 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















