Icma.az
close
up
RU
Azərbaycan enerji gündəliyini formalaşdıran, maraqların uzlaşdırıldığı platformaya çevrilib MÜSAHİBƏ

Azərbaycan enerji gündəliyini formalaşdıran, maraqların uzlaşdırıldığı platformaya çevrilib MÜSAHİBƏ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

İsveçrədə yerləşən “Caspian-Alpine Society” təşkilatında enerji sahəsi üzrə müstəqil ekspert kimi fəaliyyət göstərən Aytac Məhəmmədova “Bakı Enerji Həftəsi”nin əhəmiyyəti, Azərbaycanın qlobal enerji siyasətində rolu barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-“Bakı Enerji Həftəsi”nin 30 il ərzində beynəlxalq enerji platformasına çevrilməsi Azərbaycanın qlobal enerji siyasətində hansı yeni güc balansını formalaşdırır? Bu prosesdə dünya liderlərinin verdiyi mesajlar barədə nə deyə bilərsiniz?

-“Bakı Enerji Həftəsi”nin 30 il ərzində regional sərgidən beynəlxalq enerji platformasına çevrilməsi təkcə Azərbaycanın enerji diplomatiyasının deyil, ümumilikdə Avrasiya enerji arxitekturasının struktur dəyişikliyinin göstəricisidir. Birincisi, bu transformasiya Azərbaycanın Xəzər sahilindən Yaxın Şərqə və Avropaya uzanan enerji məkanında “struktur qovşaq” rolunu möhkəmləndirir. 1990-cı illərdə ölkə əsasən xammal ixracatçısı və investisiya qəbul edən aktor kimi çıxış edən Azərbaycan, bu gün enerji gündəliyini formalaşdıran, maraqların uzlaşdırıldığı platformaya çevrilib.

İkincisi, “Bakı Enerji Həftəsi”nin institusionallaşması Azərbaycanın siyasi subyektliyini əhəmiyyətli dərəcədə artırır. Artıq bu, təkcə tədbir deyil, enerji bazarında etimadın formalaşdığı davamlı diplomatik platformadır. Qloballaşan və eyni zamanda, parçalanan enerji sistemində bu etimad ayrıca güc resursuna çevrilir. Bundan əlavə, “Bakı Enerji Həftəsi”nə dünya liderlərinin göstərdiyi yüksəksəviyyəli diqqət bu platformanın siyasi çəkisini daha da gücləndirir. ABŞ, Türkiyə və Böyük Britaniya liderlərinin mesajları protokol xarakterli bəyanatlar deyil, Azərbaycanın qlobal enerji təhlükəsizliyi arxitekturasında rolunun siyasi olaraq kodlaşdırılması kimi çıxış edir.

ABŞ Prezidenti Donald Trampın məktubu bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Sənəd Azərbaycanın qlobal enerji təhlükəsizliyində mərkəzi tərəfdaş kimi qəbul edildiyini təsdiqləməklə yanaşı, enerji əməkdaşlığını regional sabitlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kimi daha geniş geosiyasi məsələlərlə əlaqələndirir. Bu, “Bakı Enerji Həftəsi”ni sırf sektor platformasından çıxararaq enerji, diplomatiya və təhlükəsizlik kəsişməsinə çevirir və ABŞ–Azərbaycan enerji münasibətlərinin strateji davamlılığını vurğulayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciəti regional təhlükəsizlik və infrastruktur əsaslı enerji inteqrasiyası məntiqini ön plana çıxarır. Böyük Britaniya Baş naziri Kir Starmerin mesajı isə normativ və transformasiya yönümlü xarakter daşıyır. Burada Azərbaycan etibarlı enerji tərəfdaşı və eyni zamanda, enerji keçidinin iştirakçısı kimi təqdim olunur.

Ümumilikdə, bu üç yanaşma bir sistemli nəticəni ortaya qoyur: “Bakı Enerji Həftəsi” artıq yalnız enerji sektorunun illik görüşü deyil, fərqli geosiyasi və iqtisadi maraqların kəsişdiyi institusional platformadır. Nəticə etibarilə, Azərbaycan qlobal enerji sistemində “təchizatçı ölkə” çərçivəsindən çıxaraq, enerji axınlarının idarə olunduğu və yönləndirildiyi çoxvektorlu strateji mərkəz statusu qazanır.

Mərkəzi Asiyadan Avropaya əvəzolunmaz keçid qapısı – Azərbaycan

-Xəzər dənizinin şərq sahillərində yerləşən ölkələr üçün tranzit imkanlarının genişlənməsində Azərbaycan hansı əsas rolu oynayır?

-Azərbaycanın enerji ixracı coğrafiyasının 12 ölkədən 16-ya çatması və bu siyahıda Avropa İttifaqına (Aİ) daxil olan 10 dövlətin yer alması, ölkəmizi Avropanın enerji təchizat zəncirində sadəcə alternativ mənbə deyil, sistemli və etibarlı bir tərəfdaşa çevirib. Burada əsas faktor Azərbaycanın kritik infrastruktura sahib olmasıdır. Cənub Qaz Dəhlizi (TANAP və TAP daxil olmaqla), Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranziti təkcə mümkün edən deyil, onu sabit və proqnozlaşdırılabilən edən əsas dayaqlardır.

Bu infrastruktur Azərbaycana Xəzər qazının əldə olunması və ixracından başqa, həmçinin Mərkəzi Asiyanın daha geniş resurs bazasına çıxış imkanı verir. Qazaxıstan, Türkmənistan və Özbəkistan böyük enerji və mineral ehtiyatlara malikdir. Bu resursların Avropa bazarlarına çıxışı Xəzər dənizini keçərək Azərbaycan tranzit sisteminə daxil olmaqla həyata keçirilir. Yəni, coğrafi reallıq Azərbaycanı bu resursların Avropa bazarlarına çıxışında əvəzolunmaz keçid qapısına çevirir.

Azərbaycan modelində neft-qaz sektoru yaşıl keçidin bazasını təmin edən resurs rolunu oynayır

-“Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz” tezisi fonunda Azərbaycanın neft-qaz strategiyası necə bir praqmatik enerji modeli yaradır və bu model yaşıl enerji keçidi ilə necə uzlaşdırılır?

-Azərbaycanın praqmatik enerji modelinin mahiyyəti ondan ibarətdir ki, ölkə neft və qazı nə ideoloji olaraq müdafiə edir, nə də yaşıl keçid qarşısında alternativsiz gələcək kimi təqdim edir. Əksinə, enerji siyasəti iki paralel reallığın idarə edilməsinə əsaslanır: bir tərəfdə qlobal enerji təhlükəsizliyinin hələ uzun müddət karbohidrogenlərdən asılı olması, digər tərəfdə isə sürətlənən dekarbonizasiya və elektrikləşmə prosesləri.

Bu modelin birinci dayağı klassik hidrokarbon strategiyasıdır. Azərbaycanın genişləndirilmiş qaz ixracı, Avropa bazarına çıxışın artması və TANAP/TAP kimi infrastrukturun genişlənməsi ölkəni alternativ mənbə statusundan çıxarıb, artıq sistem təminatçısı səviyyəsinə yaxınlaşdırır.

Burada əsas məntiq ondan ibarətdir ki, enerji təhlükəsizliyi ideoloji deyil, fiziki və coğrafi reallıqlarla müəyyən olunur. Məhz bu səbəbdən qaz və neft hələ də keçid dövrünün əsas balanslaşdırıcı resursu kimi qalır. İkinci dayaq isə yaşıl enerji keçidinin tədrici, lakin sistemli şəkildə inteqrasiyasıdır. Azərbaycan bərpaolunan enerji istehsalını yalnız daxili istehlak üçün deyil, həm də regional elektrik ixrac şəbəkəsinin formalaşması üçün inkişaf etdirir. Xüsusilə Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi bu modelin strateji elementinə çevrilir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, ölkə fosil yanacaq infrastrukturunu ləğv etmir, onu yeni enerji axınları ilə paralel şəkildə genişləndirir.

Ən mühüm məqam isə bu iki istiqamətin qarşı-qarşıya qoyulmamasıdır. Azərbaycan modelində neft-qaz sektoru yaşıl keçidin maliyyə, infrastruktur və texnoloji bazasını təmin edən resurs rolunu oynayır. Yəni hidrokarbonlar keçidə alternativ deyil, onun kapital mənbəyidir.

Bütün bunlar nəticə etibarilə ölkəyə ikiqat strateji üstünlük verir: Azərbaycan bir tərəfdən Avropanın və regionun qısa və ortamüddətli enerji təhlükəsizliyində əsas oyunçu statusu qazanır, digər tərəfdən isə uzunmüddətli enerji transformasiyasında tranzit platforma rolunu oynayır.

Müxbir - Günel Türksoy

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri