Icma.az
close
up
RU
Azərbaycan QHT sektorunun yeni inkişaf mərhələsi: sistemli islahatların nəticəsi və qlobal ambisiyalar

Azərbaycan QHT sektorunun yeni inkişaf mərhələsi: sistemli islahatların nəticəsi və qlobal ambisiyalar

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Son illər Azərbaycanda QHT sektorunun inkişafı, milli inkişaf prioritetlərinə iyğun olaraq QHT-lərin fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasının təşviqi istiqamətində atılan sistemli addımlar, həyata keçirilən ardıcıl qanunvericilik və instituisonal islahatlar nəticəsində yalnız kəmiyyət deyil, keyfiyyət dəyişiklərini müşahidə edirik.
İlk mərhələdə QHT-lərə dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə hesabatlılıq, şəffaflıq, effektivlik artırıldı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması, Agentliyin yeni formatda QHT-lərə yalnız maliyyə deyil, real təlim, konsultasiya, metodik, beynəlxalq əməkdaşlığın qurulması sahəsində dəstək verməsi ilə sağlam mühit formalaşdı, motivasiya gücləndi, bilik və bacarıq, bu sahədə dövlət siyasətinə inam artdı və müvafiq olaraq ambisiyalar yüksəldi.
Paralel olaraq QHT sektorunda ixtisaslaşma, sahələr üzrə şəbəkələşmə, eyni zamanda çətir formatında birliklərin fəaliyyətinin yeni dövrün tələblərinə uyğun qurulması prosesi vüsət alıb. Bir il əvvəl Azərbaycan Milli QHT Forumunun institusional yenilənməsi bu prosesi davam etdirdi. Milli QHT Forumunun həyata keçirdiyi davamlı yeniliklər inamı gücləndirdi, Forumun missiyasına sadiqliyi və QHT-lərin potensilanın daha dolğun açılması üçün atdığı addımlar güclü effekt verdi. Forum hazırda özünü öllkəmizin QHT sektorunun əsas çətir formatda təşkilatı kimi təsdiqləməklə yanaşı, ölkə xaricisində çox əhəmiyyətli fəaliyyətlər həyata keçirdi.
Forumun güclənməsi və potensialını tam ortaya qoyması əhəmiyyətli beynəlxalq təşəbbüslərə imza atmağa imkan verdi. Forumun təşəbbüs ilə əvvəlcə COP29 QHT Kolalisiyasının yaranması, sonra qısa müddətə bu Koalisiyanın Qlobal Cənub QHT Platformasına çevrilməsi Azərbaycan QHT-lərinin imkanlarını, potensialını nümayiş etdirdi, eyni zamanda ölkəmizin beynəlxalq arenada artan nüfuzunun rəmzlərindən biri kimi dəyərləndirilə bilər. Forumun təşəbbüsü ilə 116 ölkədən olan QHT-lərin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis olunması, ona rəhbərliyin ölkəmizə həvalə edilməsi Azərbaycan QHT-lərinin tarixi nailiyətidir. Bu, Azərbaycanın beynəlxalq humanitar, iqlim dəyişikliklərinin idarəolunması, bərabərsizliyin aradan qaldırılması, Şimal-Cənub dialoqu, neomüstəmləkəçiliyə qarşı mübarizə, davamlı inkişaf gündəliyinin formalaşmasında aprıcı rolunu təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən QHT-lərin inkişafı, vətəndaş cəmiyyəti quruculuğu siyasəti, islahatlar QHT sektorunun yeni təkamül mərhələsini başlatmağa imkan yaratdı. Bu Azərbaycan QHT-lərinin qlobal təsirə malik olması, ictimai arenada rolunun güclənməsi, nüfuzunun, ambisiyaların artması mərhələsidir. Aparılmış islahatlar güclü inkişaf dinamikası yaradıb və qarşıda yeni hədəflər durur.
Əliməmməd Nuriyev, Konstitusiya Arashdirmalar Fondunun prezidenti
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see156

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see149

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see137

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see135

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see133

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see132

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see132

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see131

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see131

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see129

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see129

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see129

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see126

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see124

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see124

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see124

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see120

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri