Icma.az
close
up
RU
Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanğıcında Azərbaycan Hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb.

Bəyannamənin imzalanma mərasimində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29-un Prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.

UNICEF Azərbaycan hökumətinin bu bəyannaməni imzalamaqla götürdüyü öhdəliyi alqışlayıb.

Bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir.

İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq - yəni dünyanın uşaq əhalisinin yarısı - iqlim dəyişmələri və çirklənmənin təsirlərindən "son dərəcə yüksək risk" altında olan 33 ölkədən birində yaşayır.

Muxtar Babayev bu gün Azərbaycanın uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq etdiyini vurğulayıb: "Biz hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırırıq."

UNICEF-in icraçı direktoru Ketrin Rassell əlavə edib ki, uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir: "Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır".

UNICEF digər ölkələri də bu bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişmələrinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırır.

Bəyannamənin icrasını dəstəkləmək üçün UNICEF hökumətlər və tərəfdaşlarla birgə uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışır. Məqsəd bu xidmətləri iqlim dəyişmələrinə davamlı və təsirlərə cavab verə bilən etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri