Icma.az
close
up
RU
Azərbaycan uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasətinə malikdir

Azərbaycan uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasətinə malikdir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 1 iyun, AZƏRTAC

BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən hər il 1 Iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Azərbaycan sosial dövlət olaraq uşaqların müdafiəsi, onların qayğı ilə əhatə olunması istiqamətində fəal dövlət siyasəti ilə seçilən ölkələrdən biridir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində vətəndaş rifahının təminatı istiqamətində aparılan ardıcıl islahatlar uşaq qayğı sisteminin inkişafı, uşaqların sosial təminatı və reabilitasiyası sahəsində də mühüm addımların atılmasına imkan verib.

Hazırda əlilliyi olan uşaqlar, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial ödənişlərlə təmin olunurlar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlərə, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına, övladlığa və himayəyə uşaq götürənlərə də aylıq sosial ödənişlər edilir. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir. Ümumilikdə uşaqlarla bağlı 10-dan çox sosial ödəniş növü var və bu ödənişlər ümumilikdə 650 mindən çox şəxsi əhatə edir. 2018-ci ildən ötən dövrdə ölkədə müavinət və təqaüd ödənişlərində, həmçinin uşaqlarla bağlı sosial ödənişlərdə 5 dəfə artım baş verib.

Həssas qruplardan olan uşaqların inklüziv şəraitdə yaradıcı inkişafına dəstək verilməsi aparılan işlərin əsas istiqamətlərindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan və digər həssas qruplara aid uşaqların da reabilitasiyası, istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün mühüm işlər aparılır. Mərkəzdə və onun İsmayıllı, Bərdə rayonlarındakı filiallarında ötən dövrdə 720 nəfərdən çox benefisiar təlimlərə və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 362 nəfərini uşaqlar təşkil edib.

Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb. Bu müəssisələrdə uşaqlar reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər.

Eyni zamanda, nazirliyin Bakıda, Qəbələ və Şəmkir rayonlarında yerləşən 4 Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan uşaqların tibbi-sosial reabilitasiyası işləri aparılır. Bu ilin ötən dövründə də həmin müəssisələrdə ambulator, stasionar, icma əsaslı, onlayn və səyyar formalarda 16 minə yaxın uşaq reabilitasiya xidmətləri ilə təmin olunub. Həmin dövrdə Nazirlik tərəfindən əlilliyi olan və digər həssas qruplardan olan daha 2,2 mindən çox uşağa isə səyyar, stasionar və yarımstasionar formalarda reabilitasiya yönümlü sosial xidmətlər göstərilib və hazırda da onlara bu xidmətlər davam etdirilir.

Övladlığagötürmə üzrə idarəetmə və xidmətlər 2019-cu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Həmin vaxtdan nazirlik tərəfindən 730-dək uşaq övladlığa, himayədar ailə institutunun ölkəmizdə tətbiq edildiyi son iki ilə yaxın dövrdə isə 47 uşaq himayədar ailələrə verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri