Azərbaycan və İraq arasında FM radio yayımının koordinasiyası ilə bağlı görüş keçirilib FOTO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Azərbaycan və İraq respublikaları arasında FM radioyayım stansiyalarının koordinasiyasına dair görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan tərəfini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil ediblər.
Müzakirələr zamanı 2023-cü ildə Bağdad şəhərində imzalanmış Anlaşma Memorandumunun müddəaları nəzərə alınaraq, iki ölkə arasında mövcud və planlaşdırılan FM radioyayım stansiyalarının tezlikləri və digər texniki parametrləri razılaşdırılıb, bununla bağlı protokol imzalanıb.
Görüşün yekununda qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Noyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















