Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə iki qardaş ölkədir, Rusiya ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirilir

Azərbaycan və Türkiyə iki qardaş ölkədir, Rusiya ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirilir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Azərbaycan-Türkiyə iki qardaş ölkədir. Hər ikisinin Rusiya ilə yaxşı münasibətləri var. Azərbaycan hər zaman müstəqil siyasət yeridib. Azərbaycan öz siyasətində Azərbaycanın maraqlarından irəli gələrək addım atır. Hələ ki, Rusiya və Türkiyə arasında olan münasibətlərdə də ziddiyyət görmürük. Suriyadakı vəziyyətin Rusiya-Türkiyə münasibətlərinə yaxın zamanda hansısa bir mənfi təsir göstərəcəyini də düşünmürəm”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, əgər bu gün Rusiya öz hərbi bazasının və hərbi gəmilərinin Suriyadan çıxarılması ilə bağlı addımlar atırsa, deməli, Rusiya öz maraqlarını artıq orada görmür və burada yeganə səbəb Türkiyə faktoru deyil.

Şair Ramaldanov

Ehtiyatda olan polkovnikin fikrincə, Azərbaycan hər iki ölkə ilə münasibətləri tarazlayıcı şəkildə inkişaf etdirir. Bu səbəbdən, bu iki ölkə arasında olan münasibətlərin Azərbaycana da mənfi təsir edəcəyi düşünülmür.

“Vaxt olub ki, Rusiya və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan prezidenti müdrik siyasəti ilə bu iki ölkə arasında münasibətlərin müsbət anlamda "istiləşməsi"nə hədəflənmiş addımlar atıb. Rusiya və Türkiyə arasında münasibətlər soyuq fazaya keçsə də, bu vəziyyət Azərbaycanla münasibətlərə təsir etməyəcək. Çünki Azərbaycan öz siyasətini Türkiyə və ya Rusiya təsiri altında həyata keçirmir. Azərbaycan özünün müstəqil qərarlarına hörmət edən və Azərbaycanın inkişafını istəyən, Azərbaycana dost olan, Azərbaycanı dəstəkləyən ölkələrlə qarşılıqlı şəkildə öz siyasətini aparıb, hazırda aparır və bundan sonra da aparacaq”, deyən Şair Ramaldanov qeyd edib ki, Suriyada gedən proseslər bizim regiona müsbət təsir göstərə bilər. Çünki Azərbaycanın yerləşdiyi regionda Rusiyanın maraqları daha çox müşahidə edilir.

Şair Ramaldanov hesab edir ki, böyük dövlətlər öz maraqları istiqamətində hərəkət edəcək: “Bu maraqların istiqaməti də Suriyadır. Belə olduğu halda, Rusiya bu gün gedən proseslərdə həm yaxın Şərqdə, həm Ukraynada, həm Cənubi Qafqazda, həm də Suriyada maraqları və ziyanın azlığını nəzərə alaraq seçim etməlidir. Rusiya artıq öz seçimini edib. Rusiyanıın etdiyi seçim qardaş Türkiyənin maraqlarına uyğundur. Suriyada da bu proseslər Türkiyənin maraqlarına uyğun və müsbət şəkildə təsir edəcək forma

dadır. Bu gün bütün dünya da Türkiyənin bu proseslərdə qələbə qazanması qeyd edilir. Bu məsələdə haqlıdırlar. O regionda proseslər Türkiyənin maraqları təmin edilməklə həyata keçirildi”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri