Icma.az
close
up
RU
Azərbaycançılıq sadəcə şüar olmamalıdır, bu, gündəlik həyat tərzimizə çevrilməlidir

Azərbaycançılıq sadəcə şüar olmamalıdır, bu, gündəlik həyat tərzimizə çevrilməlidir

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Dövlətin ətrafında birləşmək, dövlətçiliyimizi sevmək, milli mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qorumaq xalq olaraq boynumuza biçilib. 
Azərbaycançılıq ideyası əsrlər boyu müxtəlif formalarda təzahür edib, özünü göstərib. Bu ruhda yüzlərlə əsər yazılıb. Millətin, dövlətin birliyi, ana dilimizin, mədəniyyətimizin, söz sənətimizin ucalığı tarixən diqqəti çəkib. Azərbaycançılıq dəyərlərimizdə özünü ehtiva edib və bu məqamlar indi də yaşayır. Sözsüz ki, azərbaycançılıqdan danışdıqda yalnız son əsrlərlə kifayətlənməli deyilik. Bəziləri əsassız olaraq qeyd edir ki, guya azərbaycançılıq 20-ci əsrin sonu 21-ci əsrin əvvəlləri ilə bağlıdır. 

Əslində isə bu, milli məfkurəçilik hissinə yaddır və Azərbaycan xalqı, mədəniyyəti mövcud olandan azərbaycançılıq da var. Sadəcə, azərbaycançılıq vahid ideologiya olaraq indiki kimi dünya azərbaycanlılarını öz ətrafında birləşdirməyib. Bu gün hər bir azərbaycanlı bu ideyanın daşıyıcısı, onun təbliğatçısı olaraq aktivlik göstərməlidir. 
Azərbaycançılıq xalqımızın mənəvi keyfiyyətlər məcmusunu təşkil edir ki, bu da zaman-zaman cəmiyyətin məişət həyatı, sosial mühiti və ictimai psixologiyası əsasında formalaşıb. Mənəvi keyfiyyətlər Azərbaycan xalqının, Azərbaycan millətinin, eləcə də respublikamızda yaşayan etnik qrupların şəxsiyyət aləmini müəyyən edir. Hər bir mənəvi aləmin arxasında milli psixologiya və milli şüur dayanır. 
Milli şüur milli vətənpərvərliyin, milli qürurun, milli-mənəvi dəyərlərin, milli adət-ənənələrin, milli əxlaqi keyfiyyətlərin birgə inteqrasiyasının məhsuludur. Sözsüz ki, bu ideyanın inkişafında mətbuatın da üzərinə ciddi öhdəlik və vəzifələr düşür. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış jurnalist, Ölkə.az saytının baş redaktoru Samir Mirzə qeyd edib ki, Azərbaycançılıq ideyası bizim üçün təkcə bir siyasi xətt yox, həm də gündəlik həyatımıza təsir edən bir düşüncə tərzidir:

“Azərbaycançılıq ideyası bizim üçün təkcə bir siyasi xətt yox, həm də gündəlik həyatımıza təsir edən bir düşüncə tərzidir. Çünki biz tək bir millətdən ibarət deyilik. Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri illərdir bu torpaqda bir yerdə yaşayıb, bir-birinə qarışıb. Ona görə də azərbaycançılıq ideyası hər kəsin ortaq və eyni dəyər ətrafında birləşməsi deməkdir.
Media bu istiqamətdə ciddi işlər görə bilər. Fərqli xalqlara aid mədəniyyətləri işıqlandırmaq olar. Hər bölgənin öz adət-ənənəsi, musiqisi, mətbəxi var. Bunlar təqdim olunanda ölkədə vəhdətin daha da möhkəmlənməsinə töhfə verər. Elə bu da azərbaycançılığın əsas məqsədidir. 
Bəzən deyirlər ki, balans üçün Hollivud filmlərində qəhrəmanlardan biri ağdərili, digəri qaradərili olur. Azərbaycanda isə bu balans öz-özünə yaranıb. Bizdə etnik və dini ayrı-seçkilik olmadan böyüyən nəsillər var. 44 günlük müharibədə də vətəndaşlarımızın necə bir yumruq olduğunun əyani şəkildə şahidi olduq. Media bu birliyi qorumaq və gücləndirmək üçün daim çalışmalıdır. Düzdür, irqçilik bizdə yoxdur, amma yerlipərəstlik kimi hallara bəzən rast gəlirik. 

Bu cür halların qarşısını almaq üçün də televiziyada, mətbuatda, hətta musiqi kliplərində belə bütün bölgələrin bir-birinə necə bənzədiyini və necə gözəl şəkildə fərqləndiyini göstərmək olar. Qeyd etmək lazımdır ki, azərbaycançılıq sadəcə şüar olmamalıdır, bu, gündəlik həyat tərzimizə çevrilməlidir. Media da burada əsas vasitədir. Düzgün təqdimatla vəhdətimizi daim qoruya bilərik”.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 İyul 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri