Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mindən çoxdur KOBİA
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Bu ilin 6 ayında ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mindən çox olub. SİA xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov KOBİA-nın dəstəyi, Azərbaycan və Türkiyədən olan qadın sahibkarların iştirakı ilə keçirilən “Türk dünyasında qadınların gücü” adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu göstərici ötən illə müqayisədə təxminən 7 faiz çoxdur.
“Cari ilin 1 yanvarına olan məlumata əsasən ölkəmizdə məşğul əhalinin 48 faizini qadınlar təşkil edir. Fəaliyyətdə olan fərdi sahibkarların 23 faizdən çoxu qadınlardır. 2024-cü ildə təsisçisi qadın olan 2800-ə yaxın KOB subyekti qeydiyyatdan keçib. Bu da onu göstərir ki, Azərbaycanda qadın sahibkarlığı inkişaf edir və bundan sonra da inkişaf edəcək”, - deyə Samir Hümbətov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















