Azərbaycanda sosial ödənişlərin səmərəli idarə edilməsinə dair beynəlxalq vebinar keçirilib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 30 noyabr, AZƏRTAC
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) birgə təşkilatçılığı ilə “Azərbaycanda sosial ödənişlərin səmərəli idarə edilməsi: təcrübə, innovasiyalar və əməkdaşlıq” mövzusunda beynəlxalq vebinar keçirilib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəylinin moderatorluq etdiyi vebinarda Azərbaycanda sosial ödənişlərin proaktiv təyinatı, DSMF və DOST Agentliyində tətbiq edilən innovativ yeniliklər barədə məlumat verilib.
Vebinarda Rusiya, Belarus, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müvafiq dövlət qurumları, nazirliklər, pensiya və sosial fondlarının nümayəndələri iştirak ediblər. İştirakçı ölkələrin təmsilçiləri Azərbaycanın sosial müdafiə sahəsindəki təcrübəsinə maraq göstəriblər. Tədbirdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















