Icma.az
close
up
RU
Azərbaycanda yerli din xadimlərini nüfuzdan salmaq kimə sərf edir?

Azərbaycanda yerli din xadimlərini nüfuzdan salmaq kimə sərf edir?

Azpost saytına istinadən Icma.az xəbər verir.

Son aylarda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və ümumilikdə yerli din xadimlərinə qarşı informasiya hücumlarının intensivləşdiyi müşahidə olunur. Sosial şəbəkələrdə, bəzi media platformalarında aparılan tənqidlər artıq sadə fikir mübadiləsini aşaraq sistemli gözdənsalma kampaniyası təsiri bağışlayır.

Bu proses təsadüfidirmi?

Azərbaycanın dini modeli uzun illərdir mərkəzləşdirilmiş və nəzarətli sistem üzərində qurulub. Bu sistemin əsas dayağı isə QMİ-dir. Ekspertlərin fikrincə, hücumların əsas məqsədlərindən biri yerli din xadimlərinin legitimliyini sarsıtmaq, onların cəmiyyət üzərində təsir imkanlarını zəiflətməkdir. Analitiklərin fikrincə, dini liderlərə qarşı etimad sarsıldıqda boşluq yaranır. Bu boşluğu isə həmişə kənar təsir mərkəzləri doldurmağa çalışır.

Azərbaycan coğrafi və siyasi baxımdan müxtəlif dini mərkəzlərin maraq dairəsindədir. Bu baxımdan, Yaxın Şərq dini ideologiyaları, regional məzhəb təsirləri, transsərhəd dini şəbəkələr ölkədə təsir imkanlarını genişləndirmək istəyir. QMİ kimi yerli institutların zəifləməsi isə bu proses üçün “qapıların açılması” deməkdir.

Şübhəsiz, hər bir institut kimi dini qurumlar da tənqid oluna bilər və olunmalıdır. Lakin müşahidələr göstərir ki, bəzi iddialar faktlara deyil emosiyalara əsaslanır, eyni tezislər koordinasiyalı şəkildə yayılır, yerli din xadimləri sistemli şəkildə hədəf seçilir. Bu isə artıq spontan narazılıqdan çox, planlı informasiya fəaliyyəti ehtimalını artırır.

Azərbaycanın ən həssas üstünlüklərindən biri dini sabitlik və tolerantlıqdır. Mövcud kampaniyalar isə bu balansı poza bilər. Nəticədə, məzhəblərarası qarşıdurma riski artır, cəmiyyət daxilində ideoloji qütbləşmə güclənir, radikal qruplar üçün münbit zəmin yaranır. Tarix isə göstərir ki, “müqəddəs yer” heç vaxt boş qalmır: onu alternativ (bəzən radikal) qüvvələr doldurur.

Əgər yerli dini liderlərə inam azalarsa, o zaman insanlar alternativ axtarışına çıxır: Xarici vaizlər, YouTube və sosial media üzərindən yayılan dini təbliğat, qeyri-rəsmi dini qruplar aktivləşir. Bu isə artıq dini mühitin nəzarətdən çıxması və ideoloji asılılıq riskini artırır.

Bu prosesin digər mümkün nəticəsi dövlətin reaksiyasıdır. Əgər dini sahədə nəzarət zəifləyərsə, daha sərt inzibati tədbirlər, dini fəaliyyətə əlavə məhdudiyyətlər, yeni tənzimləmə mexanizmləri qaçılmaz ola bilər. Bu isə həm dindar kəsim, həm də ümumi ictimai mühit üçün yeni gərginlik yarada bilər.

Çıxış yolu nədir?

Yerli dini qurumlar cəmiyyət qarşısında daha açıq olmalıdır. Müvafiq dövlət qurumları, din xadimləri ilə vətəndaşlar arasında ünsiyyət gücləndirilməlidir.

Saxta məlumatlara qarşı mübarizə mühüm məsələdir. İnformasiya mühitində dezinformasiyanın qarşısı operativ alınmalıdır. Milli dini modelin gücləndirilməli, Azərbaycana xas dini ənənələr və dəyərlər daha aktiv şəkildə təşviq olunmalıdır. QMİ və yerli din xadimlərinə qarşı aparılan kampaniyalar təkcə dini məsələ deyil. Bu, eyni zamanda ideoloji təsir uğrunda mübarizə, informasiya müharibəsinin bir elementi, və sosial sabitliyə yönəlmiş potensial riskdir.

Azərbaycanda dini sahə mərkəzləşdirilmiş və koordinasiyalı model əsasında idarə olunur. Bu modelin əsas dayaqlarından biri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə dövlət arasında formalaşmış əməkdaşlıqdır.

Bu əməkdaşlıq təkcə dini fəaliyyətin təşkili ilə məhdudlaşmır. O, həm də ölkədə tolerantlıq siyasətinin əsas mexanizmlərindən biri kimi çıxış edir.

QMİ bu sistemdə məscidlərin fəaliyyətini koordinasiya edir,din xadimlərinin təyinatında iştirak edir, dini ayinlərin vahid çərçivədə keçirilməsini təmin edir. Bu yanaşma nəticəsində ölkədə xaotik dini mühit deyil, nizamlı və idarə olunan sistem formalaşıb.

QMİ-nin dövlətlə əməkdaşlığının ən mühüm istiqamətlərindən biri radikal dini ideologiyalara qarşı mübarizədir. Qurum xütbələr vasitəsilə mülayim dini yanaşmanı təşviq edir, xarici təsirli radikal çağırışlara qarşı çıxır, dini maarifləndirmə ilə gəncləri təsir altına düşməkdən qorumağa çalışır. Bu fəaliyyət hüquq-mühafizə orqanlarının sərt tədbirlərini tamamlayan “yumşaq təhlükəsizlik mexanizmi” rolunu oynayır.

Azərbaycan beynəlxalq aləmdə özünü multikultural və tolerant ölkə kimi təqdim edir. Bu imicin formalaşmasında QMİ mühüm rol oynayır. Qurum digər dinlərin nümayəndələri ilə açıq dialoq aparır,dini bayramlarda qarşılıqlı iştirak ənənəsini qoruyur, cəmiyyətdə konfessiyalararası harmoniyanı təşviq edir. Bu prosesdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə koordinasiya əsas rol oynayır.

QMİ və dövlət qurumları birlikdə Azərbaycanın dini modelini xaricdə aktiv şəkildə təqdim edir. Bu fəaliyyət nəticəsində dini tolerantlıq artıq təkcə daxili siyasət deyil, həm də xarici imic alətinə çevrilib.

QMİ–dövlət əməkdaşlığı Azərbaycanda dini sabitliyin əsas sütunlarından biri olaraq qalır. Lakin dəyişən informasiya mühiti, sosial şəbəkələrin təsiri və qlobal dini axınlar bu modeli yeni sınaqlarla üz-üzə qoyur. Müasir dövrdə əsas məsələ təkcə dini idarə etmək deyil, onu dövlətin milli maraqları naminə cəmiyyət üçün inandırıcı və qəbulolunan şəkildə idarə etməkdir. Burada cəmiyyətin münasbəti də mühüm rol oynayır.

A.ABBASOV

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 Aprel 2026 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri