Icma.az
close
up
RU
Azərbaycanın enerji strategiyası: Xəzərdən qlobal keçidə doğru Əkbər Qoşalı yazır

Azərbaycanın enerji strategiyası: Xəzərdən qlobal keçidə doğru Əkbər Qoşalı yazır

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP29-un evyiyəsi olmuş ölkəmizin enerji siyasəti, qlobal çağırışlarla üzləşən dünyanın enerji xəritəsində strateji rolunu daha da möhkəmləndirir. Bu anlamda,
qlobal enerji dönüşümündə Azərbaycan modeli haqqında danışmaq haqqımız mübahisə mövzusu deyil.
Bu il və bu gün Bakı Enerji Həftəsinin 30-cu yubiley tədbirləri təkcə enerji sənayesinin sərgiləri və texnoloji başarıları ilə deyil, həm də strateji baxışların nümayişi ilə yadda qalacaq. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın son 30 ildə qazandığı enerji suverenliyini, bu suverenliyin bölgəsəl və qlobal önəmini bir daha vurğuladı.

Enerji tarixində simvolik məqamlar var – Azərbaycan üçün bu, 1994-cü ildə imzalanmış və sonradan “Yüzilliyin müqaviləsi” adlandırılan sənəddir. Bu müqavilə ilə Azərbaycan yalnız enerji göndərişçisinə çevrilmədi, həm də bölgənin geosiyasi nizamını yenidən formalaşdıran bir oyunçu statusu qazandı. Ona görə də, enerji sabitliyindən iqtisadi dayanıqlığa keçiddən danışan uzmanlar üçün zəngin mövzular vardır.

Prezident Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də ölkənin iqtisadi sabitliyinin məhz enerji strategiyasına söykənməsi ilə bağlıdır. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in toplam 7 faizini təşkil edir, maliyyə ehtiyatları isə bu borcu düz 14 dəfə üstələyir. Eyni zamanda, yoxsulluq səviyyəsi 5 faizədək enib.

Burada enerji gəlirləri - sadəcə hasilat və göndərmələr olmaqda qalmayıb həm də sosial kapitala çevrilmiş bir modelin əsas dayağı kimi qəbul görür. Bu, bir çox resurs ölkələri üçün öyrənilməli örnəkdir. Enerji geosiyasətində Azərbaycandan mərkəzi qovşaq kimi söz açılması təsadüf deyil, əlbəttə.

Açıq dənizlərə çıxışı olmayan Azərbaycan, həyata keçirdiyi kəmər layihələri ilə Avrasiyanın əsas enerji və daşımaçılıq dəhlizlərindən birinə çevrilib. 3.500 km-lik Güney Qaz Dəhlizi – Xəzərdən ta Aralıq dənizinədək uzanan infrastruktur olmaqla, yalnız texniki başarı kimi yox həm də enerji təhlükəsizliyinin çoxölçülü diplomatiyasının özü kimi uluslararası faktor xarakterindədir.

Azərbaycan bu gün artıq 12 ölkəyə qaz göndərir və bu coğrafiyanın genişlənməsi yönündə danışıqlar aparır. Beləliklə, Bakı enerji qaynağı olmaqla birgə həm də enerji təhlükəsizliyinin bölgəsəl qarantına çevrilib.
Elə buradan da, yaşıl enerji məsələsinə keçid etsək, doğru olar. 
Azərbaycan Respublikasının yaşıl enerji sahəsindəki strategiyası güvən baxımından birüzlü olsa da, birqatlı deyil - o, ikiqat anlam daşıyır: bir tərəfdən ölkə COP29-a evyiyəliyi etməklə qlobal iqlim gündəmini formalaşdırmaqda önə çıxıb; digər tərəfdən neft və qaz kimi resurslarla zəngin bir ölkənin bərpaolunan enerjiyə yönəlməsi enerji diplomatiyasında yeni nüfuz müstəvisinə yol açır.
Budur: 
2030-cu ilədək 6,5 giqavatlıq yaşıl enerji gücünün yaradılması və elektrik enerjisi tələbatının əsasən bu qaynaqdan ödənməsi Azərbaycanın karbohidrogen göndərimini artırmaq üçün içəridə qənaət potensialı yaradır. Prezident Əliyevin ifadəsi ilə desək, bu, praqmatik və populizmdən uzaq yanaşma (özəlliklə COP29 kontekstində) enerji keçidində məsuliyyətli mövqe ilə dəngəni necə qorumağın bir örnəyidir.

İndi isə Qlobal Quzey və Güney arasında körpünün bir metafor olmadığına qısa vurğu edək.
Bəli, Azərbaycan COP29 vasitəsilə sadəcə bir evyiyəsi deyil, həm də dialoq platformu qurucusu kimi çıxış etdi. Qlobal Güney ölkələri üçün maliyyə dəstəklərinin artırılması, karbon bazarının işə salınması, itki və zərər fondunun gerçəkləşməsi Azərbaycanın yalnız enerji göndərən deyil, həm də ədalətli enerji keçidinin fəal tərəfdarı olduğunu göstərdi.
Bax, bu, Bakı Enerji Həftəsinin lokal tədbirdən qlobal platforma çevrilməsinin açıq göstəricisidir.

Uzun sözün qısası, 
Azərbaycanın enerji diplomatiyası – strateji ağlın (ağıllılığın) bir sonucu kimi yorumlana bilər.
Azərbaycanın 30 illik enerji öyküsü sadəcə neft və qaz hasilatı ilə deyil, bölgəsəl sabitliyin, iqtisadi rifahın və qlobal enerji dialoqunun inkişafı ilə ölçülür. Qazıntı yanacağı ilə bərpaolunan enerji arasında dəngə, enerji göndərişinin artımı ilə yaşıl enerjiyə keçidin sinxronluğu – bunlar ölkəmizin enerji strategiyasını qlobal kontekstdə önəmli edən əsas sütunlardır.

Azərbaycan artıq təkcə enerji təchizatçısı deyil. O, qlobal enerji siyasətində məsuliyyətli tərəfdaş, geosiyasi sabitlik qaynağı və enerji keçidinin önündə gedən modellərdən biridir. Və əlbəttə, “Sözümüz imzamız qədər keçərlidir”!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyun 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri