Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Azərbaycanın konstruktiv xarici siyasəti region üçün yeni geosiyasi perspektivlər açır

Azərbaycanın konstruktiv xarici siyasəti region üçün yeni geosiyasi perspektivlər açır

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın inkişaf prioritetləri və ölkəmizin təşəbbüslərinin təqdimatı baxımından xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı konkret layihələr və gələcəyə dair strategiyaları ətraflı şərh edərək, regionda dayanıqlı və etibarlı əlaqələrin vacibliyini ön plana çıxarıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dönəm idi: "Bu müharibə nəticəsində həm işğalda olan torpaqlarımız azad edilib, beynəlxalq hüququn prinsipləri bərpa olunub. Xalqımız üçün bu şanlı qələbə həm də milli qürur və birliyimizin bir təzahürüdür. Postmüharibə dövründə yaranan boşluq, vasitəçilərin hansı addımı atmalı olduqlarını bilməməsi fonunda Azərbaycanın təşəbbüsü ilə sülh prosesinə başlamağı zəruri edib. Dövlətimiz danışıqların təşəbbüskarı olaraq regionda dayanıqlı sülh üçün konkret addım atıb və sülh sazişinin layihəsini təqdim edib. 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Azərbaycan-Ermənistan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğunu dəqiq şəkildə göstərir və ölkəmizin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırır.

Belə ki, danışıqlar prosesi illərlə davam edib, yalnız ABŞ Prezidenti Donald Trampın və onun komandasının dəstəyi ilə yekunlaşıb. Bu proses Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən qarşıdurmanı sona çatdırmaqla yanaşı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq üçün yeni geosiyasi imkanlar yaradıb. Sülh sazişinin hələ də imzalanmaması, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın mövcudluğu ilə izah olunur. Bu müddəa dəyişdirildikdən sonra sülh sazişi rəsmi olaraq imzalanacaq. Lakin fakt budur ki, Ağ Evdə Prezident Trampın iştirakı ilə paraflanmış sənəd artıq müharibənin sona çatdığını rəsmiləşdirməklə regionda yeni reallıqların formalaşdığını göstərir.

Vaşinqtonda imzalanan sənədin əsas əhəmiyyəti odur ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcəkdəki münasibətlərini beynəlxalq hüququn fundamental prinsipləri əsasında planlaşdıracaq. Əgər Ermənistan dövlətimizin ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, Azərbaycan da qarşı tərəfin ərazi bütövlüyünü tanımaqdan imtina edəcək. Bu, ölkəmizin milli maraqlarını qoruyan və regionda davamlı sülhü təmin edən əsas prinsiplərdən biridir. Razılaşma yalnız iki dövlət arasında mövcuddur və regionda ədalətli və dayanıqlı münasibətlərin bərqərar olması üçün atılmış strateji addımdır.

Praqmatik xarici siyasət çərçivəsində Azərbaycan çətin vəziyyətdə olan dövlətlərlə dialoq qurur, həmçinin regionda və beynəlxalq səviyyədə nüfuzunu gücləndirir. Sülhə nail olmaq üçün ölkə zəngin təcrübəyə malikdir. İşğal altında qalmaq, müharibə şəraiti və qalib dövlət olmaq təcrübəsi, eləcə də sülh prosesində əldə olunan nəticələr Azərbaycanı hadisələrə çevik və effektiv şəkildə reaksiya verməyə hazırlayıb. Bu təcrübə həm də ölkəmizin milli maraqlarını qoruyarkən, regionda və dünyada etibarlı və nüfuzlu tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, bu gün az sayda ölkə hazırda çətin vəziyyətdə olanlarla çox səmimi şəkildə danışa bilər: “Biz bunu etməyə hazırıq. Ümidvarıq ki, bu işləyəcək. Lakin əlbəttə ki, biz heç kəsə özümüzü məcburi təqdim etmirik. Sadəcə, bizdən xahiş ediləndə zəruri olanı edirik”.

Enerji təhlükəsizliyi məsələsində Azərbaycan artıq Avropa ölkələrinin enerji təminatında mühüm rol oynayır. Hazırda 10 Avropa ölkəsi Azərbaycan qazı ilə təmin olunur və onlardan 8-i Avropa İttifaqının üzvüdür. Bu, ölkəmizin qlobal enerji təhlükəsizliyindəki strateji rolunu gücləndirir və gələcəkdə bu rolun daha da artacağına işarə edir. 2030-cu ilədək Azərbaycan əlavə 8 milyard kubmetr təbii qazı təmin edəcək, bu da enerji təhlükəsizliyi və regionun sabitliyi baxımından böyük əhəmiyyət daşıyır. Həmin resursların necə və hansı istiqamətdə istifadə olunması isə strateji əhəmiyyət kəsb edir və regionda etibarlı əməkdaşlığın təmin olunmasına töhfə verir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan üçün sülh, stabillik və enerji təminatı baxımından mühüm mesajlar verir. Ölkənin xarici siyasəti milli maraqlar üzərində qurulub, regionda və beynəlxalq səviyyədə dayanıqlı, konstruktiv və etibarlı tərəfdaş olduğunu sübut edir. Dövlətimizin təşəbbüsləri yalnız regional deyil, qlobal miqyasda da qəbul edilir və davamlı sülhün qorunması üçün aktiv addımlar atılır. Bu müsahibə, həmçinin ölkənin strateji düşüncəsini və gələcəyə yönəlmiş siyasətini beynəlxalq auditoriyaya ətraflı şəkildə çatdırır".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see202

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see201

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see194

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see174

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see165

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see155

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see154

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see152

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see135

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri