Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Azərbaycanın şəhərsalma və memarlıq irsinin tarixdən dövlət strategiyasına keçidi

Azərbaycanın şəhərsalma və memarlıq irsinin tarixdən dövlət strategiyasına keçidi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı il – “Şəhərsalma və Memarlıq İli”

Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyəti təkcə daş və tikililərdən ibarət fiziki irs deyil, xalqın tarixi təcrübəsinin, dünyagörüşünün, estetik zövqünün və dövlətçilik ənənəsinin maddiləşmiş ifadəsidir. Bu irs əsrlər boyu formalaşaraq təkamül yolu keçmiş, müxtəlif sivilizasiyalarla təmasda zənginləşmiş və milli kimliyin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Məhz bu baxımdan Azərbaycanda şəhərsalma və memarlıq tarixini keçmişin bədii irsi olmaqla bərabər, dövlətin formalaşma və inkişaf prosesinin mühüm komponenti kimi dəyərləndirmək zəruridir.

Azərbaycanın coğrafi mövqeyi tarixən onun şəhərlərinin taleyini müəyyənləşdirən əsas amillərdən biri olmuşdur. Böyük İpək Yolu üzərində yerləşən ölkə ərazisi ticarət, sənətkarlıq, mədəniyyət və ideyaların mübadiləsi üçün açıq məkan rolunu oynamış, bu isə şəhərlərin planlaşdırma quruluşunda və memarlıq simasında özünəməxsus izlər buraxmışdır. Gəncə, Naxçıvan, Şamaxı, Təbriz, Bakı kimi iri şəhərlər iqtisadi mərkəzlər olmaqla yanaşı, həm də siyasi qərarların qəbul edildiyi, elmi və dini düşüncənin formalaşdığı məkanlar kimi inkişaf etmişdir. Bu şəhərlərin böyüməsi spontan deyil, dövrün sosial-iqtisadi tələblərinə uyğun şəkildə baş vermiş, lakin bütün mərhələlərdə yerli mədəniyyətin əsas xüsusiyyətləri qorunmuşdur. Şəhərsalma strukturlarında məhəllə sistemi, ictimai məkanların funksional bölgüsü, dini və mülki tikililərin qarşılıqlı əlaqəsi Azərbaycan şəhər mədəniyyətinin xarakterik cəhətlərini təşkil etmişdir.

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan qalalar, karvansaralar, məscidlər, məbədlər və türbələr Azərbaycan memarlıq məktəbinin davamlılığını və estetik kamilliyini sübut edir. Möminə xatun türbəsi, Xudafərin körpüləri, Atəşgah məbədi kimi abidələr təkcə mühəndislik bacarığının deyil, həm də simvolik düşüncənin, fəlsəfi yanaşmanın məhsuludur. Bu tikililər zamanın sınağından çıxaraq milli memarlığın rəmzinə çevrilmişdir. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın şəhərsalma irsi beynəlxalq səviyyədə də tanınmışdır. İçərişəhər və Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı təkcə milli deyil, ümumbəşəri dəyər kimi də qəbul edilir. Bu abidələr qədim və orta əsr şəhər mədəniyyətinin canlı nümunələri olmaqla yanaşı, şəhərsalmanın tarixi mərhələlərini ardıcıl şəkildə əks etdirir.

Azərbaycan memarlıq tarixində XII əsr xüsusi yer tutur. Bu dövrün ən parlaq simalarından biri olan Əcəmi Naxçıvani yalnız böyük sənətkar deyil, eyni zamanda, memarlıq məktəbi yaradan şəxsiyyət olmuşdur. Onun yaradıcılığı Azərbaycanla məhdudlaşmamış, Yaxın Şərq ölkələrinin memarlıq inkişafına ciddi təsir göstərmişdir. Əcəmi Naxçıvaninin əsərlərində funksionallıq, simvolizm və estetik harmoniya vəhdət təşkil edir ki, bu da orta əsr memarlığının ən yüksək mərhələsi kimi dəyərləndirilir. Çünki Azərbaycan şəhərsalma ənənəsi tarixən yalnız praktik ehtiyaclara deyil, ideya və mənəvi dəyərlərə əsaslanmışdır. Məhz buna görə də memarlıq irsi nəsillərarası yaddaşın daşıyıcısına çevrilmişdir.

XIX əsr: Şərq və Qərb arasında yeni şəhər modeli

XIX əsrin ortalarından etibarən Azərbaycanın şəhərsalma tarixində keyfiyyətcə yeni mərhələ başlanmışdır. Xüsusilə Bakının sənayeləşməsi şəhər planlaşdırmasına yeni tələblər gətirmişdir. Neft sənayesinin inkişafı fonunda Bakı tədricən Şərq və Qərb memarlıq üslublarının sintez olunduğu nadir şəhər modelinə çevrilmişdir. Bu dövrdə şəhərin tarixi mərkəzi ilə yeni salınan məhəllələr arasında funksional və estetik balans formalaşmış, qədimliklə müasirlik eyni urban məkanda birləşmişdir. Bu proses Azərbaycan şəhərlərinin fiziki genişlənməsi ilə bərabər, həm də şəhər idarəçiliyi və planlaşdırma düşüncəsinin dəyişməsi demək idi.

Azərbaycan şəhərsalma və memarlıq irsinin XX əsrdən etibarən keçdiyi yol təsadüfi proseslərin deyil, dövlət düşüncəsinin və siyasi iradənin nəticəsi kimi formalaşmışdır. Əgər əvvəlki dövrlərdə şəhərlər əsasən tarixi, ticarət və mədəni zərurətlərin məhsulu idisə, XX əsrdən başlayaraq şəhərsalma artıq idarə olunan, planlı və strateji sahəyə çevrilmişdir. Bu mərhələdə şəhər mühiti yalnız estetik və funksional baxımdan deyil, sosial rifahın, milli kimliyin və dövlət təhlükəsizliyinin elementi kimi də dərk olunmağa başlamışdır.

Şəhərsalma və memarlıq fəaliyyəti tədricən dövlət nəzarətinə keçdi, planlaşdırma institutları yaradıldı, regional siyasətin sistemli şəkildə həyata keçirilməsinə başlanıldı. Bu dövrdə bir sıra şəhərlərin yenidən qurulması, yeni yaşayış massivlərinin salınması və ictimai məkanların formalaşdırılması milli memarlıq ənənələrinin qorunması şərti ilə reallaşdırıldı. Mikayıl Hüseynov və Sadıq Dadaşov kimi görkəmli memarların fəaliyyəti həmin mərhələnin ideoloji mahiyyətini aydın şəkildə əks etdirirdi. Onların yaradıcılığında milli ornamentika, tarixi memarlıq elementləri müasir funksional həllərlə sintez olunaraq, Azərbaycan şəhərlərinin simasında yeni, lakin köklərinə bağlı memarlıq üslubu formalaşdırdı.

Heydər Əliyev dövrü: şəhərsalmanın dövlət strategiyasına çevrilməsi

Azərbaycan şəhərsalma və memarlıq tarixində keyfiyyətcə yeni mərhələ ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərlə bağlıdır. Bu dövrdə şəhərsalma ilk dəfə olaraq ayrıca sahə kimi deyil, dövlət quruculuğunun tərkib hissəsi kimi dəyərləndirildi. Tarixi şəhərlərin qorunması, memarlıq abidələrinin bərpası və yeni şəhərsalma layihələrinin milli ənənələrə uyğun həyata keçirilməsi məqsədilə mühüm qərarlar qəbul edildi. Heydər Əliyevin yanaşmasının əsas fərqi ondan ibarət idi ki, şəhər mühiti yalnız cari ehtiyacların deyil, gələcək nəsillərin maraqlarının daşıyıcısı kimi nəzərdən keçirilirdi. Məhz bu illərdə memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional mexanizmlər yaradıldı, normativ-hüquqi baza möhkəmləndirildi, tarixi irsin qorunması dövlət siyasətinin prioritetinə çevrildi. Bu strategiya sonrakı dövrlər üçün möhkəm ideoloji və idarəetmə təməli formalaşdırdı.

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan şəhərlərinin memarlıq simasında yeni məzmun diqqət çəkdi. Bu mərhələdə inşa olunan monumental komplekslər ölkənin siyasi müstəqilliyini, iqtisadi potensialını və mədəni ambisiyalarını ifadə edən simvollara çevrildi. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ şəhər layihəsi kimi nümunələr paytaxtın memarlıq mənzərəsini keyfiyyətcə yeni səviyyəyə qaldırdı, eyni zamanda, müasir memarlıqla milli məkan anlayışının vəhdətini nümayiş etdirdi. Bu proses təkcə Bakını deyil, regionları da əhatə etdi. Şəhərlərin planlı inkişafı, infrastrukturun yenilənməsi və yaşayış mühitinin yaxşılaşdırılması ölkənin sosial-iqtisadi strategiyasının ayrılmaz hissəsinə çevrildi. Beləliklə, şəhərsalma və memarlıq fəaliyyəti sosial rifahın yüksəldilməsi ilə birbaşa əlaqələndirildi.

Postmünaqişə mərhələsi: bərpa, qayıdış və yeni şəhərsalma modeli

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Azərbaycan şəhərsalma siyasətinin müasir mərhələsini müəyyənləşdirən əsas amilə çevrildi. 30 il ərzində sistemli şəkildə dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasına texniki məsələ olmaqla bərabər, həm də tarixi ədalətin və milli iradənin bərpası kimi yanaşıldı.

Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu ərazilərdə müasir planlaşdırma prinsiplərinə əsaslanan, “yaşıl enerji”, “ağıllı” şəhər və kənd modellərini birləşdirən yeni yaşayış mühiti formalaşdırılır. Qısa müddət ərzində onlarla yaşayış məntəqəsi üzrə planlaşdırma sənədlərinin hazırlanması və Şuşa şəhərinin tarixi simasının bərpası Azərbaycanın şəhərsalma sahəsində artıq qlobal çağırışlara cavab verən praktiki təcrübə formalaşdırdığını göstərir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə təsadüfi qərar deyil. Bu addım 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə başlanan ideoloji xəttin məntiqi davamıdır. Dövlət bu qərarla göstərir ki, suverenlik yalnız siyasi və hüquqi kateqoriya deyil, eyni zamanda, məkanın, şəhərin və yaşayış mühitinin milli iradəyə uyğun qurulmasıdır. Bu təşəbbüs şəhərsalma və memarlığı milli kimliyin qorunması, mədəni irsin yaşadılması və dayanıqlı gələcəyin təmin edilməsi kontekstində birləşdirir. Şəhər mühiti sadəcə yaşayış sahəsi olmaqla yanaşı, sosial ədalətin, ekoloji tarazlığın və ictimai rifahın reallaşdığı məkan kimi təqdim olunur.

Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, milli şəhərsalma forumlarının təşkili və 2026-cı ildə Dünya Şəhərsalma Forumunun (WUF-13) Bakıda keçirilməsi ölkənin qlobal şəhərsalma gündəliyində artan rolunu təsdiqləyir. Azərbaycan bu proseslərdə təcrübə təqdim edən və təşəbbüs irəli sürən tərəfdaş kimi çıxış edir. Beləliklə, Azərbaycanın şəhərsalma və memarlıq irsi tarixdən müasirliyə uzanan davamlı xətt təşkil edir. Bu xətt XX əsrdə dövlət planlaşdırmasına, müstəqillik dövründə milli identiklik və modernləşməyə, postmünaqişə mərhələsində isə bərpa və dayanıqlı inkişaf modelinə çevrilmişdir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və WUF-13-ə ev sahibliyi isə bu uzun yolun məntiqi yekunu olmaqla yanaşı, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm ideoloji və praktiki dayağı kimi çıxış edir.

Kəramət QƏNBƏROV,
Dövlət İdarəçilik Akademiyası sənədlərlə iş və arxiv şöbəsinin müdiri, dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see195

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see162

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see141

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri