Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb?
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
İran İslam Respublikasının paytaxtı Tehranda azərbaycanlı qadınları cinsi istismar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Ağstafa şəhərində doğulmuş Səbinə B. 20-yə yaxın qadının şikayəti əsasında saxlanılıb və ona Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1 və 144-3.4-cü maddələri ilə cinayət işi açılaraq, məhkməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Səbinə 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Məleykə adlı qadınla görüşərək, orada azərbaycanlı qadınların Tehranda fahişləiyə cəlb etmək barədə razılığa gəlib. Elə həmin ildən sonra Səbinə özü Tehrana gedərək, azərbaycanlı qadınları işləmək adı ilə Bakıdan ora aparıb.
Qadınların əksəriyyəti Tehrana getdikdən sonra orada "surpirizlərlə" qarşılaşıblar. Hətta bəzi qadınlar İrana çatdıqları gün qaldıqları evdə yemək və içki içdikdən sonra huşlarını da itiriblər. Onlar bir neçə saatdan sonra ayılanda özlərini çılpaq vəziyyətdə görüblər. Yanlarında tanımadıqları iranlı kişilər olub. Qadınların əksəriyyəti dini nikaha salınmaqla cinsi istismara məruz qalıb.
Səbinə zərərçəkmiş qadınlara qışqıraraq dediklərini eləməyə məcbur edib, əks halda orada olan yüksək vəzifəli tanışları vasitəsi ilə onlara problemlər yaradacağı ilə hədələyib. Zərərçəkmiş şəxslər Azərbaycana qayıtdıqmaq istədikdə isə onları video görüntülərlə şantaj edib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum edilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Yanvar 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















