Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

AZƏRTAC 105 yaşında...

AZƏRTAC 105 yaşında...

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

AzərTac, Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı, AzQafRosta, AzərTA, ZaqTA, Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, nəhayət Azərbaycan Dövlət İnformasiya Agentliyi...
Ötən dövrdə belə müxtəlif adlarla fəaliyyət göstərən AZƏRTAC bu gün 105 yaşını qeyd edir. 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib. Həmin il martın 2-də "Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Təəssüf ki, Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib.
AXC-nin süqutundan sonra agentlik Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərib və 70 il ərzində adı 7 dəfə dəyişdirilib, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşib. Lakin buna baxmayaraq, agentlik üzərinə düşən tarixi missiyanı çətinliklə olsa da, axıradək yerinə yetirib.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra agentliyin tarixi adı qaytarılıb - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.
Təkcə elə bu tarixi xatırlatmaqla aydın olur ki, Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın keçdiyi yol çox keşməkeşli, mürəkkəb və çətin olub. O vaxt AZƏRTAC-ın maddi-texniki bazası çox zəif idi. 1932-ci ildə agentlikdə xaricdən alınmış "Kleynşmidt” markalı ilk teletayp quraşdırılıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra respublika həyatının bütün sahələrində dirçəliş başlanıb. O vaxt “Azərinform” adlanan milli xəbər agentliyi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. 1970-ci illərdə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompüterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti kimi İttifaq respublikaları arasında “Ukrinform”dan sonra “Azərinform”u o dövrün müasir “Videoton”, bir qədər sonra isə “Olivetti” markalı kompüterləri ilə təchiz edib.
Agentlik fəaliyyəti dövründə ölkəmizin salnaməsini yazıb, respublikamızın keçdiyi yola informasiya işığı tutub. Üzləşdiyi sınaqlardan uğurla çıxan AZƏRTAC dövlət müstəqilliyinin bərpasından sonra çox keçmədən Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu oynamağa başlayıb. Hazırda isə ölkənin əsas xəbər qaynağı olaraq, öz inkişafının yeni dövrünü yaşayır, fəaliyyətini durmadan təkmilləşdirir, müasir informasiya texnologiyaları və vasitələrindən istifadə edərək xəbərin doğru, dürüst və həqiqi ünvanı kimi tanınır.
AZƏRTAC-ın həyatında əsaslı dönüş mərhələsi 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başlayıb. Agentlik müasir texniki avadanlıqla təchiz olunub, xəbər yayımının keyfiyyətində və operativliyində mühüm irəliləyiş əldə edilib. Yalnız onu demək kifayətdir ki, həmin dövrdə AZƏRTAC müttəfiq respublikaların informasiya agentlikləri arasında kompüterlərlə təchiz edilmə baxımından birincilər sırasında idi.
Agentliyin kollektivi Ulu Öndər Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə yanaşı, dünya informasiya məkanında öz yerini möhkəmləndirmək üçün əzmlə çalışmaqdadır. Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalanıb, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparılır. Həmçinin beynəlxalq və regional media təşkilatları çərçivəsində Associated Press, Reuters, Press Association, DPA, Sinxua və bir sıra digər nüfuzlu xəbər yayımçıları ilə sıx əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. AZƏRTAC 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda sədrlik etməklə adını dünya media tarixinə yazdırıb. Ötən il isə İstanbulda Türk Xəbər Agentlikləri Birliyinin (ATNA) təsis Baş Assambleyasında AZƏRTAC ATNA-nın baş katibi seçilib.
AZƏRTAC-ın xəbərləri azertag.az saytı, xəbər bülletenləri, həm də sosial şəbəkə hesabları (agentliyin müxtəlif dillərdə və fərqli profilli, ümumilikdə, 32 sosial şəbəkə səhifəsi var) vasitəsilə yayımlanır. Agentliyin üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında hər il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdə qazandığı uğurlara dair minlərlə xəbəri, videosu və fotosu yayılır.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 22 il AZƏRTAC üçün də əlamətdar bir dövr olmaqla, xəbər yayımının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi ilə səciyyəvidir. Göstərilən daimi diqqət və qayğı sayəsində rəqabətədavamlılığı getdikcə artan, ən müasir texnologiyalarla təchiz edilən agentlik üç ildən çoxdur ki, yüksək şəraitə malik yeni binada fəaliyyət göstərir. Bu da informasiyanın keyfiyyətini və operativliyini durmadan yüksəltməyə, dünya informasiya məkanında daha inamla addımlamağa imkan yaradır. AZƏRTAC hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır. Agentlik Azərbaycan həqiqətlərini planetimizin, demək olar, bütün guşələrinə çatdırır, dünya səviyyəsində mötəbər, dürüst və qərəzsiz xəbər mənbəyi kimi qəbul olunur.
Azərbaycan hazırda öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində şanlı Zəfər, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində ölkənin dövlət suverenliyinin tam bərpası, Prezident İlham Əliyevin ötən il fevralın 7-də keçirilən seçkilərdə yenidən inamlı qələbə qazanması nəticəsində Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bununla ölkə mediasının qarşısında da geniş üfüqlər açılıb. Mətbuatın modernləşdirilməsi, dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əsaslı islahatlar həyata keçirilir. AZƏRTAC da zamanın çağırışları və müasir tələblərlə ayaqlaşmaq üçün ardıcıl addımlar atır. Son vaxtlar agentlikdə aparılan struktur islahatları, kollektivin peşəkar kadrlarla komplektləşdirilməsi, xarici ölkələrdəki müxbir şəbəkəsinin təkmilləşdirilməsi, kreativ idarəçilik öz müsbət nəticələrini verməkdədir. Bu, xəbər arxitekturasını daim yeniləməyə, informasiya yayımını beynəlxalq standartlar səviyyəsinə çatdırmağa imkan yaradır. Agentliyin loqosu və internet saytı yenilənib, işin keyfiyyətinin yaxşılaşdırılması üçün digər mühüm addımlar atılıb. Bütün bu işlər AZƏRTAC-ın fəaliyyətində özünü göstərib.
1920-ci il martın ilk günü fəaliyyətə başlayan AZƏRTAC bu gün ölkə həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində operativ informasiyalar verir. Təkcə 2024-cü ildə AZƏRTAC 330 mindən çox informasiya istehsal edib, o cümlədən 189 mindən çox xəbər, 127 mindən çox foto, 13 mindən artıq videoxəbər hazırlayaraq öz kanalları ilə yayıb. Agentliyin internet resurslarında dünyanın ən müxtəlif nöqtələrində baş verən hər hansı yenilik barədə dərhal, anındaca xəbər tutmaq mümkündür. Qlobal informasiya məkanında özünəməxsus yer tutan agentlik bütün sahələrdə uğurla inkişaf edən müstəqil, suveren və ərazi bütövlüyü tam bərpa olunmuş ölkəmizin, dünyada nüfuz sahibinə çevrilən Azərbaycanın müasir tarixinin bitkin və real salnaməsini yaradır.
Demokrat.az kollektivi adından həmkarlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Mart 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri