Icma.az
close
up
RU
Bağırsaqları və immun sistemini “polad kimi” edən gizli sirr Hər gün ən azı 2 porsiya

Bağırsaqları və immun sistemini “polad kimi” edən gizli sirr Hər gün ən azı 2 porsiya

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, B6, B12, fol turşusu və D vitamini çatışmazlığı yalnız orqanizmin immunitetini zəiflətmir, həm də serotonin səviyyəsini aşağı salaraq ruh halını mənfi yöndə təsirləndirir. İmmun sistemini gücləndirmək və depressiya riskini azaltmaq üçün təbii qidalanma böyük rol oynayır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzm. Dr. Selahattin Dönmez bildirir ki, B6, B12 və fol turşusu beynin enerji istehsalında və sinir sistemi fəaliyyətində mühüm rol oynayır.

Bu vitaminlərin azlığı serotonin istehsalını azaldır, nəticədə yorğunluq, gərginlik və depressiv əhval yaranır.

Yağsız ət, təzə tərəvəz, meyvə, paxlalılar və qoz-fındıq bu vitaminlərin təbii mənbəyidir və mütləq gündəlik rasionda olmalıdır.

D vitamini beyində hormon kimi təsir göstərərək sinir hüceyrələrini qoruyur.

Onun çatışmazlığında oksidativ stress artır, beyində qoruyucu funksiyalar zəifləyir və depressiya riski yüksəlir.

Tam yağlı süd, qatıq, pendir, yumurta və yağlı balıqlar D vitamini mənbəyidir. Zərurət olduqda D3 əlavəsi də qəbul edilə bilər.

2025-ci ildə aparılan geniş tədqiqatda gündə 30-60 qram süd proteininin:

LDL (pis xolesterin) səviyyəsini azaltdığı
Qan təzyiqini tarazladığı
Ürək-damar sağlamlığını yaxşılaşdırdığı sübut edilib.

Mütəxəssis tövsiyə edir:
Gündə ən azı 2 porsiyon süd, qatıq və pendir kimi tam yağlı süd məhsulları istehlak edin.

Duz istifadəsində böyük səhv - "qaya duzu daha sağlamdır" deyə düşünməyin!

Kaya duzu, himalay duzu və ya dəniz duzu - hamısı eyni miqdarda sodyum daşıyır.

Həddindən artıq sodyum böyrəkləri yükləyir, təzyiqi yüksəldir və ürək-damar riskini artırır.

Gündə maksimum 1 çay qaşığı (silmə) duz kifayətdir.

Lipoödem - qollarda və ayaqlarda ağrılı yağ yığılması ilə xarakterizə olunan xroniki problemdir. Simptomları azaltmaq üçün:

Omega-3 zəngin qidalar yeyin (balıq, çia, qoz) Şəkər və un məhsullarını rasiondan çıxarın Nişastalı tərəvəzləri məhdudlaşdırın Yaşıl yarpaqlı tərəvəzləri artırın Gündə maksimum 60-70 q kompleks karbohidrat Zeytun yağı, yumurta, yağsız ət və balıq mütləq menyuda olsun Süd məhsulları 2 porsiyondan az olmamalıdır Mütəmadi, orta tempolu gəzinti edin Artıq çəki varsa, mütləq azaldın

Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Oktyabr 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri