Icma.az
close
up
RU
Deputat: Bakı Budapeşt xəttində qurulan əməkdaşlıq yalnız regional deyil, geosiyasi məsələdir

Deputat: Bakı Budapeşt xəttində qurulan əməkdaşlıq yalnız regional deyil, geosiyasi məsələdir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"2025-ci ilin qlobal siyasi panoramasında Türk Dövlətləri Təşkilatının (TDT) artan rolu fonunda Azərbaycanın bu birlikdəki lider mövqeyi daha aydın görünür. Təşkilatın son qeyri-rəsmi zirvəsinin Macarıstanda keçirilməsi isə həm coğrafi baxımdan, həm də strateji rəmzi dəyəri ilə xüsusi əhəmiyyət daşıyır. Bu hadisə fonunda Macarıstanın xarici işlər naziri Peter Siyartonun verdiyi bəyanat – “Avropa ölkələri Bakı ilə əməkdaşlıq üçün çox şeydən keçməyə hazırdır” – təkcə diplomatik jest deyil, Avropanın dəyişən enerji və təhlükəsizlik doktrinasının göstəricisidir".
Bu sözləri Demkrat.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib. 
Deputat bildirib ki, Azərbaycanın TDT-dəki aparıcı rolu bir sıra mühüm amillərlə izah olunur:
"Bu, ilk növbədə Azərbaycanın siyasi sabitliyi, müstəqil və çoxşaxəli xarici siyasət kursu ilə bağlıdır. 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan qələbə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də Türk dünyasında lider imicinin güclənməsi anlamına gəlirdi. İndi Azərbaycan yalnız Zəngəzur dəhlizinin açılması və Orta Dəhliz layihəsinin icrası ilə deyil, həm də regional təhlükəsizlik və enerji diplomatiyası sahəsində təşəbbüskar rolu ilə önə çıxır.Prezident İlham Əliyevin Türk dövlətləri ilə əməkdaşlığı strateji prioritet elan etməsi və bu sahədə ardıcıl siyasi iradə göstərməsi nəticəsində Azərbaycan təşkilat daxilində inteqrasiyanı dərinləşdirən əsas lokomotivə çevrilib".
Onun sözlərinə görə, Macarıstan TDT-də müşahidəçi statusunda olsa da, bu ölkənin təşkilatla münasibətləri simvolikdən çox real xarakter daşıyır:
"Macar siyasətində Türk etnik köklərinə istinad və ortaq mədəniyyətin vurğulanması sadəcə romantik ritorika deyil. Bu yanaşma enerji təhlükəsizliyi və alternativ nəqliyyat yolları axtarışında olan Orta Avropa ölkəsinin rasionallığı ilə də üst-üstə düşür.Macarıstan Azərbaycanın strateji əhəmiyyətini erkən dəyərləndirən və onunla ikitərəfli münasibətləri enerji, sənaye, təhsil və mədəniyyət sahələrində inkişaf etdirən nadir Avropa ölkələrindəndir. Bakı-Budapeşt xəttində qurulan əməkdaşlıq yalnız regional deyil, pan-Avropa səviyyəsində geosiyasi məsələdir. Siyartonun son açıqlaması da bunu təsdiqləyir: Avropa artıq Azərbaycanın enerji resurslarına və tranzit imkanlarına daha çox ehtiyac duyduğunu açıq etiraf edir.Rusiyadan enerji asılılığını minimuma endirməyə çalışan Aİ ölkələri üçün Azərbaycan alternativ və etibarlı tərəfdaş kimi yüksəlir. 2022-ci ildə imzalanmış Azərbaycan-Aİ enerji memorandumu, Azərbaycanın qaz ixracının genişləndirilməsi, yaşıl enerji layihələri və Xəzərdən Avropaya enerji daşıyan yeni istiqamətlər bu əməkdaşlığın real nəticələridir.Bu kontekstdə Macarıstan körpü rolunu oynayaraq həm TDT ilə Aİ arasında əlaqələrin dərinləşdirilməsinə, həm də Azərbaycanın Avropa ilə strateji dialoqunun genişlənməsinə töhfə verir.Hazırkı şəraitdə Azərbaycanın həm Türk dünyasında, həm də Avropa platformasında oynadığı rol bir-birini tamamlayan iki paralel xətt kimi deyil, strateji olaraq bir-birini gücləndirən elementlər kimi çıxış edir. Bakı artıq Cənubi Qafqazda regional güc olmaqla kifayətlənmir, o, Avrasiya məkanında enerji, nəqliyyat və siyasi etimad mərkəzinə çevrilir.
Macarıstanla inkişaf edən strateji tərəfdaşlıq bu mənzərədə açar elementdir. Və bu tərəfdaşlıq sayəsində TDT–Aİ oxunun mərkəzində Azərbaycan dayanır. Qlobal geosiyasi rəqabətdə öz yerini möhkəmləndirmək istəyən istənilən oyunçu, istər Şərq, istərsə də Qərb artıq Bakı ilə hesablaşmaq məcburiyyətindədir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see211

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see165

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see163

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see147

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see138

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri