Bakı, Sumqayıt və Xırdalanın su kanalizasiya sistemləri üzrə iri miqyaslı proqram qəbul edəcəyik
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
"Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütövlükdə Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə iri miqyaslı proqram qəbul edəcəyik. Çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Xüsusilə güclü yağışlar olanda problemlərlə üzləşirik. Bu baxımdan kanalizasiya sistemlərinin idarə olunması və içməli su ilə təminat, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq".
Marja.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Prezident əlavə edib ki, kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi nəzərdə tutulur.
"Bütün bunlarla yanaşı, əlbəttə ki, Bakının nəqliyyat problemləri də həll olunacaq. Hamımız yaxşı bilirik ki — bəlkə siz bunu məndən də yaxşı bilirsiniz — yol hərəkəti bu gün həqiqətən də ciddi problemdir.
Əvvəlki illərdə biz çox iş görmüşük: 50 tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda 2500 kilometr yol salınıb. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr yol. Hamımız — bəlkə hamımız yox, amma Mirşahin və mən — buradan Bakı şəhərinə gedən yolun nə olduğunu çox yaxşı xatırlayırıq. O vaxt cəmi bir yol var idi.
Buna baxmayaraq, görüləsi işlər hələ də çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqramı qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində 7 stansiya tikilib. Lakin bu kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün bunlar üçün vəsait cəlb etməliyik. Çünki bu, bizə böyük maliyyə qənaəti verəcək və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik", İlham Əliyev deyib.
Baxış sayı:54
Bu xəbər 05 Yanvar 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















