Icma.az
close
up
RU
BAKIDA SENSASİON DƏLƏDUZLUQ İŞİ: yarım milyonu ələ keçirən xoşməramlı səfir kimləri tora salıb? (FOTO)

BAKIDA SENSASİON DƏLƏDUZLUQ İŞİ: yarım milyonu ələ keçirən xoşməramlı səfir kimləri tora salıb? (FOTO)

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özünü Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiri kimi təqdim edib, Almaniya, Britaniya və Polşaya viza alacağına inandıraraq xeyli sayda insanın külli miqdarda vəsaitini ələ keçirən qadına hökm oxunub.

Mia.az-ın "qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş Kərimova Sevda Əliheydər qızı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq prosesdə baxılıb.

Məlum olub ki, Sevda Kərimovanın dələduzluq əməlindən 16 nəfər zərər çəkib. O, özünü Ümumdünya Sülh Federasiyası tərəfindən sülh səfiri, Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiri kimi təqdim edərək, xeyli sayda insanı Avropa ölkələrində təhsil, işlə təmin olunmaq və onların oraya göndərilməsi üçün viza alacağına inandıraraq, yarım milyon manatdan çox pullarını ələ keçirib.

O, Cəmilə Arifovnadan Britaniya Krallığına getmək üçün viza düzəltmək, orada təhsil almaq, yaşamaq və işlə təmin olunmaq üçün şərait yaradılması kimi yalan vədlər verib müqabilində 10.000 manat, Bağdəsər Mustafayevadan Almaniya Federativ Respublikasına getmək üçün viza düzəltmək, orada təhsil almaq, yaşamaq və işlə təmin olunmaq üçün şərait yaradılması üçün 15.000 manat, Afət adlı qadından Polşa Respublikasına getmək üçün viza düzəltmək, yaşamaq, orada oğlunun təhsil almaq və işlə təmin olunmaq üçün 4900 manat, Zümrüd adlı qadından oğlunun Almaniyada evlə və işlə təmin olunması adı ilə 1 kiloqrama yaxın qızıl, 85 min manata yaxın pulunu alıb və həmçinin digər bir neçə nəfərə qarşı da eyni hərəkətlərlə dələduzluq edib. Kirayə qaldığı evin Ülviyyə adlı sahibinin isə 75 min manatını mənimsəyib.

Sevda Kərimova bu əməlləri Polşa Respublikasının Azərbaycandakı səfirliyinin Elmira adlı əməkdaşı ilə törətdiyini deyib.

Ən maraqlı məqam odur ki, Sevda Kərimovanın əməlindən zərərçəkən şəxslərdən xeylisi xarici dil kurslarında dərs keçən xanım müəllimlər olub.

Belə ki, Sevda Kərimova Xətai rayonu, Məhəmməd Hadi küçəsi 45D ünvanda yerləşən "Qafqaz" hazırlıq kurslarında alman dili dərsi deyib və sözügedən təhsil mərkəzində dərs deyən müəllimlər də onun dələduzluğunun qurbanı olublar.

"Qafqaz" hazırlıq kurslarının Nigar Əsgərova ad-soyadlı direktoru da Sevda Kərimovanın əməlindən zərərçəkmiş şəxs kimi tanınıb. Belə ki, Nigar Əsgərova həyat yoldaşına Polşaya viza almaq üçün təqsirləndirilən şəxsə 2 min dollar verib. Həmin pulları da Sevda Kərimova mənimsəyib.

Sevda Kərimova məhkəmədəki son çıxışında deyib ki, 2014-cü ildə Ümumdünya Sülh Federasiyasının himayəsi altında İsraildə konfransda iştirak edib və "sülh səfiri" adını alıb.

Bakı şəhərində daimi yaşayış yeri olmadığına görə müxtəlif ünvanlarda kirayədə yaşayıb. Özünün 2019-cu ilə kimi özəl kursları olub. 2019-2020-ci ildə COVID-19-la ələqədar olaraq ölkədə elan olunmuş pandemiya dövründə kursları bağlandığına görə dolanmaq üçün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalında tibb bacısı işləyib. Rus, alman və ingilis dillərini mükəmməl bildiyindən 2021-ci ildən yenidən tələblər hazırlayıb.

Son iş yeri də "Qafqaz" hazırlıq kursları olub. Zərərçəkmişlərdən aldığı pulun çox hissəsini öz ehtiyaclarına xərcləyib.Məhkəmənin qərarı ilə Sevda Kərimova 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Zərərçəkmişlərin əksəriyyəti Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın qərarından narazı qaldıqlarını, təqsirləndirilən şəxsə daha çox cəza verilməsini və onlara dəyən ziyanın ödənilməsini istəyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri