Icma.az
close
up
RU
Bakıda təhlükə daşıyan marşrut 202 saylı avtobus hər gün ayrı nasazlıqla GÜNDƏMDƏ VİDEO

Bakıda təhlükə daşıyan marşrut 202 saylı avtobus hər gün ayrı nasazlıqla GÜNDƏMDƏ VİDEO

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

202 saylı marşrut avtobusunda ard-arda baş verən nasazlıqlar, tüstülənmə və sonuncu qəza bir daha göstərir ki, məsələ sadəcə texniki nasazlıqlıq deyil, sistemli laqeydlik problemidir. Bu gün avtobusun yenidən tüstüləməsi, mühərrikdən tüstü çıxması və xətt üzrə hərəkətin təhlükəyə çevrilməsi ortada çox ciddi bir sual qoyur: bəs bu problem nə vaxt həll olunacaq?

Son günlər baş verən hadisə - “Çinar Trans” MMC-yə məxsus 202 saylı avtobusun idarəetməni itirərək avtomobilləri əzməsi və obyektə çırpılması, problemin miqyasını açıq şəkildə göstərdi. Sürücü “maşının beyni qarışıb” desə də, şirkət rəhbəri bunu “texniki yorğunluqla” izah etməyə çalışır. Lakin nə sürücünün dediyi, nə də direktorun açıqlaması məntiqli, texniki cəhətdən əsaslandırılmış deyil. İki-üç illik “yeni nəsil” avtobusun “qazının ilişməsi” və ya “beyninin qarışması” yalnız bu nəqliyyat vasitələrinə real texniki nəzarət varmı? sualını yaradır.

Sərnişin daşıma ilə məşğul olan şirkətin “axşam maşın yorulur, belə olur” kimi izahları məsuliyyətsizliyin pik nöqtəsidir. Texniki baxışın formal xarakter daşıması, nasazlıqların gizlədilməsi və təhlükəsizlik standartlarının kağız üzərində qalması şəhər sərnişindaşımasının keyfiyyətinə ciddi kölgə salır.

Əgər gündəlik fəaliyyət göstərən marşrut avtobusları bu vəziyyətdədirsə, hər gün on minlərlə insanın həyatı necə təminat altına alınır? Nasaz avtobusların yola buraxılması nə qanunlara, nə də vicdana sığır. Bu cür hadisələr göstərir ki, “baxışdan keçib” deməklə məsuliyyətdən qaçmaq mümkün deyil.

İctimai nəqliyyatda real texniki nəzarət bərpa edilməli, nasaz avtobuslar dərhal xəttdən çıxarılmalı, sürücülərin və sərnişinlərin həyatı bu cür ciddiyyətsiz yanaşmanın qurbanına çevrilməməlidir.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Noyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri