Icma.az
close
up
RU
Bakıdakı qeyri adi nokaut dünya mediasının diqqətində VİDEO

Bakıdakı qeyri adi nokaut dünya mediasının diqqətində VİDEO

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bakıda keçirilən qarışıq döyüş sənətləri (MMA) üzrə qarşılaşma nüfuzlu “MMA Fighting” nəşrinin dünya üzrə döyüş turnirlərində baş verən parlaq, qeyri-adi və geniş diqqət çəkməyən epizodlara həsr olunan “Missed Fists” rubrikasının yeni buraxılışına daxil edilib.

İdman.Biz xəbər verir ki, beynəlxalq seçmədə Azərbaycanın paytaxtında keçirilən “Ased Fighting Championship” turnirində Ümmat Cəfərovla Nihat Kərimov arasındakı döyüş də yer alıb.

“MMA Fighting”in diqqətini qarşılaşmanı başa çatdıran qeyri-adi epizod çəkib. Cəfərov üç zərbədən ibarət dəqiq kombinasiya həyata keçirib. Bundan sonra Kərimov ayaqları çarpaz vəziyyətdə, demək olar ki, oturaq halda döşəməyə düşüb. Cəfərov hücumu davam etdirərək daha bir neçə zərbə endirib və bundan sonra hakim döyüşü dayandırıb.

“MMA Fighting” müəllifləri Kərimovun qeyri-adi yıxılmasını yumorla qeyd edərək, döyüşçünün qəfəsdə “düşməyin daha bir üsulunu” nümayiş etdirdiyini yazıblar. Epizodun videosu “Missed Fists”in yeni buraxılışında ən diqqətçəkən məqamlar sırasında yer alıb.

Qeyd edək ki, qarşılaşma sentyabrın 27-də Bakıda “Ased Arena”da keçirilən “Ased Fighting Championship Selection 16” turnirində baş tutub.

“Missed Fists” “MMA Fighting”in mütəmadi rubrikasıdır. Burada dünyanın müxtəlif ölkələrində keçirilən turnirlərdən effektli nokautlar, ağrılı və boğucu fəndlər, eləcə də qeyri-adi epizodlar təqdim olunur.

Budəfəki buraxılışda “MMA Fighting” “Həftənin nokautu” adına əsas namizədlər kimi iki döyüşçünü ayrıca fərqləndirib. “Glory”nin yüngül çəkidə sabiq çempionu Taycani Beztati “Levels Fight League 24” turnirində Daniel Kolasinskiyə əks zərbə ilə diz vuraraq effektli nokaut edib. Digər namizəd isə “Martial Arts Championship 17” turnirində Heytor Santosu ağır nokauta göndərən Migel Soares olub.

Seçmədə Tokioda keçirilən “Krush” turnirindən qeyri-adi epizod da yer alıb. Döyüşün davamından əvvəl Keyanın sekundantı onu motivasiya etmək məqsədilə idmançının üzünə güclü zərbə endirib. Daha sonra Soma Kondo Keyanı ayaq zərbəsi ilə nokauta salıb.

Digər parlaq finiş isə “Tuff-N-Uff 157” turnirində qeydə alınıb. Derek Reyfild Oliver Mekkeli cəmi səkkiz saniyəyə məğlub edib.

Beləliklə, Cəfərov və Kərimovun iştirakı ilə baş tutan epizod Bakıda keçirilən turnirin Yaponiya, ABŞ, Braziliya, Meksika və digər ölkələrdəki yarışların ən qeyri-adi anları ilə birlikdə beynəlxalq seçmədə yer almasına səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Oktyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri