BakuBus ın vakansiyasına insanlardan reaksiyalar: Sürücülük qadın işi deyil
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkəmizdə kifayət qədər qadın sürücülər var. Amma artıq avtobuslarda da sükan arxasında qadınlara rast gələcəksiniz.
Bəs maraqlıdır, qadın avtobus sürücülərinin olması xidmət səviyyəsinə necə təsir göstərəcək?
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Elə qadınlar var ki, kişilərdən daha yaxşı sürürlər", - deyə sakinlərdən biri bildirib. Başqa bir sakin isə bu fikirdədir: "Kişi sürücülər daha yaxşıdırlar. Bu iş qadınlar üçün deyil".
Qeyd edək ki, qadın sürücülərə əməkhaqqı 1460 manat müəyyən olunub. İşə qəbul prosesində isə heç bir say məhdudiyyəti qoyulmayıb.
Ətraflı süjetdə:
"BakuBus"ın vakansiyasına insanlardan reaksiyalar: "Sürücülük qadın işi deyil"


