Barselona ilə bağlı şikayət haqsız sayıldı Qərar
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Barselona"yla oyundan (0:3) sonra apelyasiya şikayəti verən "Osasuna"nın müraciətinə naxaraq qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
"Osasuna" rəqibin müdafiəçisi İnyiqo Martinesin matçda iştirakını FİFA-nın oyunçuların statusu və transferi ilə bağlı mövcud qaydalarına uyğun gəlmədiyini iddia edirdi. Konkret, İnyiqo sağ dizindən aldığı zədə səbəbindən İspaniya millisinin heyətində oyunlara qatılmayıb. FİFA qaydalarına görə, zədə səbəbindən milli komandanın heyətində meydana çıxmayan futbolçu beynəlxalq fasilə bitdikdən sonra ən azı beş gün klubunda oynaya bilməz.
"Osasuna" bu vəziyyəti qayda pozuntusu hesab edərək apelyasiya şikayəti etmişdi. Müvafiq qurum "Osasuna"nın şikayətini haqlı hesab edəcəyi halda, "Barselona"ya texniki məğlubiyyət verilə bilərdi.
Ancaq hər iki tərəfin fikirlərini nəzərə alan RFEF bu vəziyyətdə Martinesin ölkə çempionatının oyununda meydana çıxmasının mövcud qaydalara zidd olmadığını müəyyən edib.
"Osasuna" hazırda 35 xalla La Liqada 13-cü yerdədir. “Barselona” 67 xalla liderdir.
Mirağa
Baxış sayı:63
Bu xəbər 11 Aprel 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















