Icma.az
close
up
RU
Baş ağrısını dərmansız yüngülləşdirməyin yolları Sadə üsullar

Baş ağrısını dərmansız yüngülləşdirməyin yolları Sadə üsullar

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baş ağrısı gündəlik həyatda ən çox rast gəlinən narahatlıqlardan biridir. Stress, yorğunluq, yuxusuzluq və susuzluq kimi amillər qəfil başlayan ağrılara səbəb ola bilər. Bəzi hallarda isə sadə tədbirlər ağrının yüngülləşməsinə kömək edir.
Demokrat.az xəbər verir ki, baş ağrısı zamanı gicgah, baş dərisi və boyun nahiyəsinə yüngül masaj etmək rahatlama verə bilər. Xüsusilə əzələ gərginliyindən qaynaqlanan ağrılarda dairəvi hərəkətlərlə edilən masaj əzələlərin boşalmasına kömək edir.
İsti və ya soyuq kompres də ağrını azaltmaq üçün istifadə edilə bilər. Soyuq kompres zamanı buz nazik dəsmala bükülərək alın nahiyəsinə qoyula bilər. Buzu birbaşa dəriyə tətbiq etmək olmaz və kompres uzun müddət saxlanılmamalıdır. İsti tətbiq zamanı isə ilıq qrelka və ya isti dəsmal boyun və ənsə nahiyəsinə yerləşdirilə bilər.
Sakit mühitdə nəfəs məşqləri etmək də xüsusilə stress və gərginliklə bağlı baş ağrılarında faydalı ola bilər. Yavaş və dərin nəfəs alıb-vermək əzələlərin boşalmasına və gərginliyin azalmasına kömək edir.
Susuzluq da baş ağrısının geniş yayılmış səbəblərindəndir. Buna görə gün ərzində kifayət qədər su qəbul etmək, həddindən artıq kofeinli içkilərdən uzaq durmaq tövsiyə olunur.
Yuxu rejiminə diqqət yetirmək də vacibdir. Hər gün eyni saatlarda yatıb-durmaq, xüsusilə gecə saatlarında kofein, nikotin və digər stimullaşdırıcı maddələrdən uzaq olmaq baş ağrılarının təkrarlanmasının qarşısını almağa kömək edə bilər.
Bəzi qidalar da müəyyən insanlarda baş ağrısını tətikləyə bilər. Hansı qidanın ağrıya səbəb olduğunu müəyyənləşdirmək üçün qəbul edilən qidaları və ağrının nə zaman başladığını qeyd etmək mümkündür.
Şokolad, kofe, kolbasa, sosiska və bəzi köhnə pendirlər həssas insanlarda baş ağrısını tətikləyə bilən qidalar arasında göstərilir. Nanə, evkalipt və lavanda kimi efir yağlarının qoxusu bəzi insanlarda rahatlıq hissi yarada bilər. Lakin efir yağlarını dəriyə tətbiq etməzdən əvvəl onların təhlükəsiz istifadəsi ilə bağlı təlimatlara əməl etmək lazımdır.
Demokrat.az
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Avqust 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri