Baş Narkotiklərlə Mübarizə İdarəsinin ƏMƏLİYYATI İrandan göndərilən 32 kq narkotik aşkarlandı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu tədbir zamanı 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana dövriyyədən çıxarılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə DİN-dən məlumat verilib.
Belə ki, daxil olan məlumat əsasında paytaxtın Nərimanov rayonunda baş tutan əməliyyat nəticəsində əvvəllər soyğunçuluq, avtomobil qaçırtma və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum edilmiş 37 yaşlı Kənan Salmanov tutulub. Narkotik vasitələr həmin şəxs saxlanılarkən onun idarə etdiyi nəqliyyat vasitəsindən aşkarlanıb.
K.Salmanov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub.
Ölkə ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə davam etdirilir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin ƏMƏLİYYATI - İrandan göndərilən 32 kq narkotik aşkarlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Mart 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















