Icma.az
close
up
RU
BDU COP29da keçirilən “Biznes, investisiya və xeyriyyəçilik üzrə iqlim platforması”nda təmsil olunub AZƏRTAC

BDU COP29da keçirilən “Biznes, investisiya və xeyriyyəçilik üzrə iqlim platforması”nda təmsil olunub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibovun Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş 5-ci qrant müsabiqəsində qalib olan “Clean-Charge– 22 kWh AC sürətli şarj stansiyası” layihəsi COP29-da keçirilən “Biznes, investisiya və xeyriyyəçilik üzrə iqlim platforması”nda təmsil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir dayanıqlı inkişafı dəstəkləyən iqlim həllərini sürətləndirmək, iqlim və təbiət üçün çoxtərəfli strategiya, eləcə də planetimizin və ətraf mühitin gələcəyinə sərmayə qoyulması üzrə mövzuları əhatə edib. Tədbir zamanı elektromobillər tərəfindən istifadə olunan elektrik enerjisinin elektrik stansiyalarında istehsalı zamanı təbiətə buraxılan karbon qazının miqdarının azaldılması, bu prosesdə təmiz enerjinin istifadəsi mövzularında müzakirələr aparılıb.

“Clean-Charge” layihəsinin əsas məqsədi elektrik mənbəyi olmasa belə, yaşıl enerji hesabına elektromobillərin sürətli şarj cihazının təmin olunmasıdır. Bu məqsədlə yaradılacaq şarj cihazı stansiyası təqdim etdiyi özəlliklər ilə sürücülərin yaşadığı bir çox problemləri həll edəcək. Elektromobilləri ev şəraitində, şəhərdaxili, şəhərlərarası yollarda və elektrik xətləri olmayan ərazilərdə sürətli şarj cihazı ilə təmin edə bilən bu sistem daha əlçatan, təhlükəsiz, təbiətin və büdcənin “dostu” olacaq.

Qeyd edək ki, bu ilin dekabr ayında “Clean-Charge - 22 kWh AC” sürətli şarj cihazı stansiyasının BDU-nun avtomobil dayanacağında quraşdırılması nəzərdə tutulub. Günəş və külək enerjisi istifadə olunan və ümumi gücü 22 Kilovatt-saat olan bu stansiyada Çin, Avropa və Amerika istehsalı elektromobillərin şarj cihaz standartlarını dəstəkləyən GBT və CCS2 versiyalı 3, elektrikli velosiped və skuterlərin şarjını təmin edən 2 ədəd şarj portları yerləşdiriləcək.

“Clean-Charge” ilə elektromobillərin və elektrikli velosipedlərin şarj edilməsi BDU-nun müəllim və tələbələri üçün ödənişsiz olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri