BƏƏ İran vətəndaşları üçün yaşayış icazələrini LƏĞV ETDİ
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran vətəndaşlarına verilmiş bütün növ yaşayış icazələrini (VNZ) ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə Tehran Times nəşri məlumat yayıb.
Xüsusilə, Əbu-Dabi ölkəyə investisiya yatıranlara təqdim edilən “qızıl” yaşayış icazələrini də ləğv edib. Nəşr iddia edir ki, bu addımla BƏƏ təxminən 530 milyard dollar dəyərində İran aktivlərini “mənimsəyib”.
BƏƏ hələlik bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.
ABŞ və İsrailin əməliyyatlarına başlanmasından sonra İranın BƏƏ-yə hücumlar həyata keçirdiyi bildirilir. Tehran daha əvvəl Yaxın Şərqdə yerləşən ABŞ bazalarını hədəf alacağını açıqlamışdı. İranın zərbələri nəticəsində BƏƏ-də ölənlər var. Belə ki, martın 26-da Əbu-Dabidə vurulan pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 29 Mart 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















