“O, “Neftçi”yə qarşı oynaya bilməz”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasının XII turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Liderə qarşı oynadığımızı bilirdik. Çalışdıq ki, topu özümüzdə çox saxlayaq. Birinci qol bizi büdrətdi. Sonra hesabı bərabərləşdirmək istədik, alınmadı. Ehtiyat qüvvəmiz kifayət qədər deyildi. Heyətdə itkilərimiz var.
– Zədəlilərin durumu nə yerdədir?
– Müayinələrdən sonra bilinəcək.
– Ağadadaş Salyanski nə üçün oynamırdı?
– Bizdə icarədə olduğu üçün “Neftçi”yə qarşı oynaya bilməz. Növbəti matçda Abdulla “Sabah”a qarşı oynamayacaq.
Şahin Cəfərov
Baxış sayı:117
Bu xəbər 22 Noyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















