Benin Fransadan 35 müstəmləkə dövrü artefaktının qaytarılmasını tələb edir
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Afrika dövləti olan Beninin Mədəniyyət Nazirliyi 35 mədəni irs nümunəsinin repatriasiyası ilə bağlı Fransaya rəsmi sorğu göndərdiyini elan edib. Nazirliyin məlumatına görə, bu sərvətlər ehtimal ki, müstəmləkə dövründə oğurlanıb və hazırda Parisdəki Ke Branli muzeyində saxlanılır.
Sorğu ilk dəfə 2025-ci ilin yayında səsləndirilib və bu payız Benin Prezidenti Romuald Vadanyi ilə Emmanuel Makronun görüşü zamanı təkrarlanıb. Tələb olunan əşyalar arasında falçılıq sinisi, silahlar və rəssam Akati Ekplekendo tərəfindən XIX əsrin ortalarında yaradılmış, 1892-ci ildə isə Fransaya aparılmış müharibə tanrısının 1,7 metrlik dəmir heykəli yer alır.
Xatırladaq ki, 2021-ci ildə muzeylər artıq Beninə 26 bürünc məmulat qaytarmışdı. “İlk qaytarmadan sonra biz bir qədər narazı qalmışdıq”, — deyə Benin Prezident Administrasiyası yanında irs layihəsinin rəhbəri Alen Qodonu bildirib. O əlavə edib ki, yeni qanunun meyarlarına uyğun gələn ikinci siyahı tərtib olunub və ölkəsi öz tələblərinin qanuniliyinə əmindir.
Qeyd edək ki, Fransa parlamenti 2026-cı ilin may ayında müstəmləkə dövründə qarət edilmiş sənət əsərlərinin geri qaytarılmasını sadələşdirən qanun qəbul edib. Qanuna əsasən, Fransa və Benin ekspertlərindən ibarət birgə komitə sorğuya iki il ərzində baxacaq, bundan sonra isə Fransanın Ali İnzibati Məhkəməsi yekun qərar çıxaracaq.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Noyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















