Beynəlxalq Avrasiya Mətbuat Fondu 5 milyon 268 min manatlıq müqavilə bağlayıb Mina təmizləyəcəklər
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq Avrasiya Mətbuat Fondu (VÖEN – 1300118421) ilə satınalma müqaviləsi imzalayıb.
Mia.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə, ANAMA işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərinin satın alınması üçün Beynəlxalq Avrasiya Mətbuat Fonduna 5 milyon 268 min 87 manat 32 qəpik ödəyəcək.
Qeyd edək ki, Qeyi-Hökumət Təşkilatı (QHT) olan Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildən fəaliyyət göstərir. Fonddan verilən məlumatda bildirilir ki, bu təşkilat müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılıb.
Açıqlanan məlumatlarda təşkilatın 5 əsas fəaliyyət istiqamətinin olduğu bildirilir:
- media və vətəndaş cəmiyyətinin inkişafı;
- icma inkişafı;
- qaçqınların/məcburi köçkünlərin problemləri;
- sülhməramlı aksiyalar və münaqişələrin həlli;
- təhsil.
Mia.az xəbər verir ki, Fondun rəhbəri tanınmış jurnalist Umud Rəhimoğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Fevral 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















