Gültəkin Hacıbəylinin Azərbaycana verilməməsinin səbəbi bilindi: Hüquqi prosedurlar...
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İki aya yaxın bir müddətdə Türkiyədə saxlanılan və “Ramiz Mehdiyev işi”nə görə axtarışda olan Gültəkin Hacıbəylinin Azərbaycana verilməməsinin səbəbi məlum olub.
elə ki, prosesin gecikməsinin səbəbi hüquqi prosedurların mərhələli şəkildə aparılmasıdır.
Bu, Gültəkin Hacıbəylinin özünün sosial şəbəkə hesabında Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) başqanı İbrahim Kalına müraciətində aydın olub. O, bildirib ki, artıq iki aya yaxındir ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılır:
“Ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib. Bu gün isə Ankara İdarə Məhkəməsi üzərimə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciətim əsasında İstanbul Valiliyinə sorğu göndərib. Xatırladım ki, G-82 kodu mənim hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib. İstanbul Valiliyi Köç İdarəsi Ankara İdarə Məhkəməsinin sorğusuna verdiyi cavabda göstərib ki, onlar Türkiyə MİT-nin 19.11.2025 tarixli 197899223 saylı yazısına əsasən bu kodu mənim üzərimə qoyublar. Bu koda əsasən mənim Türkiyə dövlətinin təhlükəsizliyi üçün təhlükə yaratdığım bildirilir”.
Gültəkin Hacıbəyli daha sonra Türkiyə MİT-ini ittiham etməyi də özünə rəva bilib. O qeyd edib ki, MİT heç bir əsas və dəlil olmadan, tamamilə uydurma və saxta bir məlumat təqdim edərək, onu adı və varlığı bilinməyən, real həyatda olmayan xəyali bir terror təşkilatına üzvlükdə suçlayır.
Əslində isə Gültəkin Hacıbəylinin iddiaları əsassızdır. Gültəkin Hacıbəyli və onun təmsil olunduğu Milli Şura “Ramiz Mehdiyev işi”nə görə istintaqa cəlb ediliblər. Ramiz Mehdiyev isə ölkədə hakimiyyəti zorla dəyişməyə və dövlət çevrilişi hazırlamağa görə ev dustaqlığındadır. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bu iş üzrə AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli və digərlərinin olması ilə bağlı istintaqda müəyyən sübut və şübhələr üzə çıxdığından Əli Kərimli həbs olunub. Gültəkin Hacıbəyli isə ölkədə olmadığından onunla bağlı sorğu göndərilib.
Onu da xatırladaq ki, Ankara İdarə Məhkəməsi “G-82” kodunu qüvvədə saxlasa, Gültəkin Hacıbəyli məcburi şəkildə Azərbaycana təhvil veriləcək.
"Cebheinfo.az"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Açar sözlər: Gültəkin Hacıbəyli Ramiz Mehdiyev işi Türkiyə Milli Şura
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:Gültəkin Hacıbəylinin Azərbaycana deport ediləcəyi gözlənilir
30 Noyabr 2025 14:42
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasının hüquqi əsasları var Hüquqşünas
01 Dekabr 2025 16:29
Gültəkin Hacıbəylinin mandat müxalifətçiliyi
06 Dekabr 2024 10:29
Gültəkin Hacıbəylinin “NKVD”çiliyi
18 Dekabr 2024 10:30
Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi KONKRET
22 Noyabr 2025 20:12
Baxış sayı:69
Bu xəbər 15 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















