Bir çox ailələr dövlətin verdiyi bütün müavinətlərdən xəbərsizdir və yararlanmaq imkanı dəyərləndirmir
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Əslində bir çox ailələr bu müavinətin verilməsindən xəbərsizdir. Ancaq ailədə uşaq dünyaya gəlirsə, dövlətin verdiyi bütün müavinətlərdən yararlanmaq lazımdır. Bu müavinətlər işləyən insanlar üçündür.
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, işləyən insanlar dekretə çıxdığı zaman, doğuşdan öncə 50 gün, doğuşdan sonra 76 gün doğuş məzuniyyəti götürülür. Bundan sonra analıq məzuniyyəti götürülür. Analıq məzuniyyətini götürdükləri zaman aylıq müavinət ödənilir: “Bir zamanlar bu müavinətin məbləği 20 manat idi. Sonradan bu rəqəm 33, daha sonra 34 manat olmasından xəbərsiz idim. Ana işləmir, övladına baxır və ayda 34 manat alır. Gülünc bir rəqəmdir, amma bu rəqəm belədir”.
Ramil Süleymanov / Foto: Bizimyol.info
Ramil Süleymanov bildirib ki, bu müavinəti əldə etmək üçün elektron qaydada müraciəət etmək olar: “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq şöbələrinə müəyyən sənədlərlə müraciət edərək, bu müavinəti almaq mümkündür”.
Qeyd edək ki, uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvünün uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququ var. Bu məbləğ uşağa qulluq edən şəxsə bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək ona qulluğa görə 28 manat idi. Xatırladaq ki, bu hüquqi məsələ Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən tənzimlənir.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















