Icma.az
close
up
RU
Bir ildir komada olan 11 yaşlı Xədicənin anası: Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar

Bir ildir komada olan 11 yaşlı Xədicənin anası: Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən il fevralın 21-də valideynlərinin Bakı Sağlamlıq Mərkəzində diş həkiminə apardığı 11 yaşlı Xədicə Babazadə o vaxtdan bəri bir ildir komadadır.

Anası Şahnaz Mehdiyeva AzadlıqRadiosuna deyir ki, istər yerli, istərsə əcnəbi həkimlər övladının nə vaxt ayıla biləcəyinə dair ümidverici nəsə söyləmirlər.

Ş.Mehdiyeva həkimlərlə yanaşı, prokurorluq və ekspertizadan da narazıdır. Onun sözlərinə görə, Nərimanov rayon Prokurorluğunda gedən araşdırma obyektiv aparılmır, azyaşlı övladının bir ildir yatağa məhkum olmasına görə məsuliyyət daşıyanlar cəzasız qalıblar.

"Necə ki günahkarlar layiqli cəzasını almır, Xədicə kimi qurbanlar çox olacaq"
"Nə qədər ki, belə hallarla bağlı ədalətli araşdırma aparılmır, günahkarlar layiqli cəzasını almır, Xədicə kimi qurbanların, mənim kimi gözüyaşlı anaların da sayı çox olacaq. Çünki cəzasızlıq mühiti yeni-yeni cinayətlərin artmasına yol açır", - Ş.Mehdiyevanın sözləridir.

Valideynləri 11 yaşlı Xədicəni Bakı Sağlamlıq Mərkəzində diş həkimi Bəhruz Rüstəmovun yanına aparıblarmış. Anası bu həkimin qəbuluna "Instagram" vasitəsilə yazılıbmış.

Ş.Mehdiyevanın sözlərinə görə, ötən il fevralın 21-də uşağı müalicəyə aparılarkən onları bilgiləndirmədən uşağa narkoz verilib. Nəticədə azyaşlı komaya düşüb: "Uşağın analizlərini götürmədən, çəkisini yoxlamadan, başqa müayinələrini aparmadan narkoz verilib, nəticədə orqanizm dözməyib. Beyin uzun müddət oksigensiz qalıb. Beyin hüceyrələri məhv olub".

Ana danışır ki, həyat yoldaşı ilə birlikdə uşağı stomatoloq B.Rüstəmovun yanına aparıblarmış. Öncədən də "Instagram" vasitəsilə həkimin köməkçisinin telefonunu tapıb, onunla danışıblar.

"Bizi çıxardılar bayıra"
"Demişdi ki, sedasiya üsulu ilə müalicə olunacaq. Biz də elə bilirdik ki, ağrı hiss eləməsin deyə, iynə vurulur. Biz narkoz bilməmişik. Kabinetdə olanda da bir xanım gəldi, sonradan bilmişəm ki, adı Fərəh Amanovaymış. Onun anestezeoloq olduğunu bilmədik. Uşağın adını, yaşını soruşdu, bizi çıxardılar bayıra. Əvvəldən də həkim demişdi ki, gigiyena baxımından müalicə vaxtı valideynləri içəridə saxlamırıq".

Valideynlər dörd dişin müalicəsinin, azı, yarım saat çəkəcəyini nəzərə alıb xəstəxananın kafesinə gediblər. Bir qədər sonra diş həkiminin kabinetinə qayıdandasa orada həyəcan yaşandığını görüblər.

Ş.Mehdiyeva deyir ki, övladının başına bir iş gəldiyini dərhal anlayıb, amma qapını bağlayıb, onları içə buraxmayıblar. Əlində elektroşok aparatı ilə təcili kabinetə gələn həkim üçün qapını açanda ata da içəri daxil olub: "Görüb ki, uşağı yerə uzadıblar, ürək masajı edirlər. Yoldaşımı dərhal çıxarıblar. Həmin vaxt dəhlizdə mən də huşumu itirmişəm. Məni xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Sonra Xədicəni də reanimasiyaya köçürmüşdülər. Üç gün orada qaldı. Sonra Mərkəzi Klinik Xəstəxanaya apardıq. Uşaq bir ay öz hesabımıza orada qaldı. Oyanma olmadı...".

20 dəqiqə oksigensiz?
Ananın sözlərinə görə, koma vəziyyətində olan xəstə qidanı özü çeynəyə, uda bilmir. Bu üzdən, aptekdən Xədicə üçün hazır qidalar alırlar, onu uşağın boğazından mədəsinə necə ötürməyi də öyrəniblər. Ümumiyyətdə, Babazadələr ailəsi uşaq üçün evdə xəstəxanaya bənzər şərait yaradıb: "Uzun müddət hərəkətsiz qalan adamda əzələlər yeyilir. Bizə demişdilər ki, özəl xəstəxanalardan birində yaxşı fizioterapevtlər var. Onlar da evə baha gəlir. Qohumlar bizə maddi yardım göstərdilər, bir ay fizioterapiya üçün orada yatırdıq. İstəyirdik ki, heç olmasa, otura bilsin, hamama apara bilək və s. O da olmadı. Heç bir irəliləyiş yoxdur. İlk gün necə idisə, indi də elədir".

Ş.Mehdiyeva müəllimdir, amma övladının durumu üzündən müvəqqəti işləmir, ona qulluq edir. O bildirir ki, hər ay təkcə Xədicənin baxımına 2 min 500 manatadək pul xərclənir. Bura dərmanlar, aptekdən alınan hazır qidalardan tutmuş, əlavə baxım əşyalarına qədər müxtəlif xərclər daxildir. Dövlətsə ona toplam 570 manat pensiya və müavinət kəsib. Anası vurğulayır ki, bu, heç aylıq yeməkpuluna çatmır.

X.Babazadənin müalicəsindən ötrü valideynləri həm yerli, həm də əcnəbi həkimlərlə ünsiyyətdədirlər. Anası İsraildə, Türkiyədə çalışan həkimlərdən məsləhət alır. Beyin müayinəsinin nəticələrini İsraildəki həkimlərə göndəriblər: "Dedilər ki, rəydə beyinin beş dəqiqə oksigensiz qaldığı yazılıb, amma, azı, 20 dəqiqə oksigensiz qalmalıdır ki beyin bu vəziyyətə düşsün. Diskdəki beyin görüntüləri bunu deməyə əsas verir. Sadəcə, uşaq o qədər sağlam olub ki, ürək masajı ilə onu dayanmış ürəyinin fəaliyyətini reanimotoloq Rauf Paşayev bərpa edib. Tibbə görə, beyin hüceyrələri, uzağı, dörd dəqiqə oksigensiz qala bilər. Sağlam orqanizmdir, amma beyin yoxdur. Digər orqanlar işləyir, beyin yox".

Ş.Mehdiyevanın sözlərinə görə, türkiyəli həkimlər də onlara eyni sözləri deyiblər. Onlar hətta evlərini satıb uşağı müalicəyə aparmaq istəsələr də, həkimlər bunun bir faydası olmayacağını bildiriblər.

Cinayət işi başlanıb
Ş.Mehdiyeva iddia edir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi qızının başına gələnlərlə bağlı obyektiv rəy vermir.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddəsiylə cinayət işi başlanıb. İstər stomatoloq B.Rüstəmov, istərsə anestezioloq F.Amanova yaşananlara görə özlərini günahkar saymırlar.

Üç dəfə ekspertiza təyin olunub. Ekspert rəylərində də iddia edilir ki, "göstərilmiş ambulator tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq qaydalara uyğun olub".

Ekspertlər yazırlar ki, tibbi xidmətdən öncə bütün lazımi müayinələr - qanın ümumi analizi, kardioloji müayinə aparılıb, rentgen olunub və s.

"Xədicə Babazadənin vəziyyətinin ağırlaşmasına səbəb anesteziya zamanı istifadə olunan anestetikə qarşı hiperhəssaslıq kimi dəyərləndirilir, xəstənin aldığı psixotrop dərmanlar risk faktoru hesab olunur", - ekspertizanın rəyi belədir.

Hər dəfə zərərçəkmiş tərəf rəydən narazı qalıb, yenidən ekspertiza təyin olunsa da, nəticə dəyişməyib.

İstintaq davam edir
Ş.Mehdiyeva rəydə yazılanların yalan olduğunu deyir, məqsəd də övladını bu duruma salan həkimləri qorumaq, məsuliyyətdən kənarda saxlamaqdır: "Müstəntiqin əlində bizim xəstəxanaya getdiyimiz günə aid bütün görüntülər var. Qoysunlar ortaya nə vaxt Xədicədən qan analizi götürülüb, nə vaxt rentgenə aparılıb? Sonradan saxta sənəd hazırlayıb işin içinə tikməyə nə var?! Görüntü qoysunlar ortaya. Ekspert yazıb ki, psixiatr yanına gedib, psixatrop dərman içib. Birincisi, hiperaktiv uşaq olduğuna görə iki il əvvəl getmişdi, o vaxt içilən dərmanın təsiri qalmır. İkincisi, Fərəh Amanova niyə yoxlamadan narkoz verib?".

11 yaşlı Xədicənin başına gələnlərlə bağlı Nərimanov rayon Prokurorluğunda istintaq davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Fevral 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see187

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see129

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri